Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yük maşınlarına qarşı reydlər

Vaqif Əsədova məlumat verilib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi normadan artıq yük daşıyan avtomobil sürücülərinə qarşı reydlər aparır.

İdarənin bölmə rəisi Vaqif Əsədov bazar ertəsi Simsar.az-a bildirib ki, şənbə günündən başlayan reydlər Bakının Qaradağ, Xəzər, Sabunçu və digər rayonlarını əhatə edir.

Bölmə rəisi bildirib ki, son zamanlar istehsalçı zavodun yük avtomobilləri üçün müəyyən etdiyi konstruksiyaya əlavə və dəyişikliklər edilməsi, normadan artıq yükün qablaşdırılmadan daşınması halları geniş yayılıb.

Bu isə həm yolların zədələnməsinə, həm də çirklənməsinə səbəb olur.

Əsədov bildirib ki, problemin həll olunması üçün təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb.

Onun sözlərinə görə, son 3 gündə aparılan reydlər zamanı dövlət nömrə nişanı olmayan və ya nömrə nişanı standartlara cavab verməyən avtomobillərlə yük daşınması üzrə 4, qablaşdırılmadan yük daşınması ilə bağlı 47, avtomobilin ban hissəsinə əlavə avadanlıqlar quraşdırılması ilə bağlı 18, sürücülük vəsiqəsi olmadan yük avtomobilinin idarə edilməsi üzrə 2 və müvafiq sənədləri olmadan yük avtomobilinin idarə olunması üzrə 5 fakt müəyyən edilib.

Aşkarlanmış faktlar üzrə sürücülər barəsində inzibati qaydada cəza tədbirləri görülüb.

Əsədov deyib ki, aşkarlanmış faktlar daha çox tikinti materialları daşıyan "Kamaz" və "Maz", məişət tullantıları daşıyan "Zil" markalı avtomobillərlə bağlı olub.

Bölmə rəisi deyib ki, reydlər bu hallar aradan qaldırılana qədər davam edəcək.

İdarə avtomobil sahibləri və sürücülərdən qanunvericiliyin tələblərinə riayət etməyi və yüklərin daşınması zamanı ətrafa dağılmaması üçün tədbirlərin görülməsini xahiş edir.






28 Noyabr, 2011  19:00 Baxılıb: 994 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner