Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

METRODA GEDİŞ HAQQI QALXDI

Sərnişinlər 20 qəpik ödəməli olacaq

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan Simsar.az-a verdiyi məlumata görə, iclasda müvafiq qurumların müraciəti əsasında bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, isitmə və isti su təchizatı, metro ilə sərnişindaşıma xidmətlərinin, soba mazutunun, Dövlət Radiotezliklər İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti və İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb. Məlum olduğu kimi, Bakı şəhərində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi və nəqliyyatın hərəkət gərginliyinin azaldılması məqsədilə Bakı Metropolitenin Perspektiv İnkişaf Planı hazırlanıb.
Planda 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması nəzərdə tutulur. Bu çərçivədə son illərdə Metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilib. Beləliklə metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb.

Metronun gediş haqqı qiymətinin artımı dekabrın 1-dən həyata keçiriləcək.






28 Noyabr, 2011  16:49 Baxılıb: 1224 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner