Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QAN QILINCA QALİB GƏLDİ

Xalqı həmişə mənəviyyat birləşdirib, cünki mənəvi əsaslar daha üstündür”
(Heydər əliyev)

“Yavaş-yavaş dan sökülür və sabah açılır. Tarixin ən ibrətamiz hadisəsinə (səhnəsinə) şahidlik edəcəkmiş kimi günəş də anbaan göyün qübbəsinə dırmanır. Hüseyni susuz qoyduğu üçün Fərat da xəcalətindən səsini batırıb. Qarşı cəbhədə getdikcə hay-küy səsləri çoxalır. Düşmən insanlığın ən dəhşətli faciəsinə hazırlaşır. Elə bir faciə ki, dinindən, irqindən və milliyətindən asılı olmayaraq hər kəsin qəlbini riqqətə gətirəcək. Ən kövrək duyğuları dilə gətirəcək. Gözlər bu faciəyə Qiyamətə qədər ağlayacaq”... (“Kərbəlaya gedən yolda” əsərindən bir parça)


Nəsrəddin Tusi: “Aşura Qanın qılınca qələbə çaldığı gündür”

Yaşadığımız məhərrəm ayı islam tarixində İmam Hüseynin (ə) şəhid olması ilə yadda qalıb. Bu ayı müsəlmanlar İmam Hüseynə (ə) əza saxlayır, ən doğma insanını itirmiş kimi yasa qərq olurlar. Düz on dörd əsr. Hacə Nəsirəddin Tusi qəribə bir söz deyib, bəlkə bir çox müasirlərimiz bu sözləri eşidcək narahat olacaqlar: “Əgər məsum imamlardan göstəriş olmasaydı, Aşura gününü bayram edərdim”. Qəribədir deyilmi? Bəşər tarixinin ən dahi şəxsiyyətlərindən və İmam Hüseyn (ə) aşiqlərindən birinin dilindən belə bir söz eşitmək. Öz zəmanəsini xeyli qabaqlamış Hacə Nəsirəddin sözlərinə gözəl bir dəlil də gətirir: “Aşura qanın qılınca qələbə çaldığı gündür”. Bəli, Aşura qələbə günüdür. XX əsrin ən görkəmli müsəlman mütəfəkkirlərindən biri Şəhid Mürtəza Mütəhhəri bu mövzu ilə əlaqədar gözəl bir firkir irəli sürür: “Aşura qiyamı iki səhifədən ibarətdir: ağ və qara səhifələr. Hər iki səhifənin öz qəhrəmanları var. Bir tərəfdə haqqın qəhrəmanları İmam Hüseyn (ə), Əbülfəz, Zeynəb, digər tərəfdə isə, zülm qəhrəmanları – Yezid, Ziyad oğlu (ibn Ziyad), Ömər Səd. Lakin müsəlmanlar nədənsə on dörd əsrdir ki, Kərbəlanın qaranlıq səhifəsini yaşadır, işıqlı səhifəsinə isə bir o qədər əhəmiyyət verilmir. İmam Hüseynə (ə) bir məzlum kimi göz yaşı axıdılır, lakin onun dühasına, tənha qalmış qəhramana ağlamırlar. Mahatma Qandi deyirdi: “Mən inanıram ki, İslam qılınc gücünə deyil, böyük müqəddəs - İmam Hüseynin ali qurbanı sayəsində yayıldı”.

Tarixin fəlsəfəsi

Tarix fəlsəfəsi barədə filosoflar müxtəlif fikirlər söyləyitblər. Lakin, mütəfəkkirlər hesab edirlər ki, bəşəriyyət inkişafa doğru gedir. İnsan zatən təkamülə meyillidir, ona görə də kamilliyə can atır. Bizi bu cür Allah yaradıb, bü cür yaradıb ki, Ona - Mütləq Kamala doğru yönələk. Bu məqsədlə Allah daim insanlara bir elçi və islahatçı göndərirdi. İnsan isə öz nadanlığı və nankorluğu ucbatından daim İlahi peyğəmbərləri qəbul etmir, onların təlimlərinə istehza edirdilər. Lakin Allah öz mərhəmətini kəsmir, insanları kamilliyə təşfiq edən əziz bəndələrini yer üzünə göndərirdi. Göndərirdi ki, insanları yetkinlik mərhələsinə çatdırsın, övladını müstəqil həyata hazırlaşdıran bir valideyin tək. Nuh, İbrahim, Musa, İsa... Bunlar bir tərbiyəçilər idi ki, böyüyən bəşəriyyəti azad yaşamağı, azadlığın qədrini biməyi, azadlıqdan düzgün istifadə etməyi öyrətsinlər. Nəhayət zaman yetişdi, Adəm övladı yetkinlik dövrünə qədəm qoydu və Allah son nəsihətçisini bəndələrinə göndərdi – həzrət Məhəmmədi (s). Ən ağır iş də elə bu peyğəmbərin öhdəsində idi. O zamanın ən geriləmiş xalqlarından biri içərisində o Qiyamətə qədər insanlara kamillik yolunu işıqlandıran bir dini təbliğ etməli idi. Beləliklə, Peyğəmbərin 23 illik təbliğatı nəticəsində bədəvi ərəblər dünyanın ən mədəni, ən qüdrətli dövlətini yaratdılar. Özü də elə bir dövlət ki, XXI əsrin heç bir inkişaf etmiş ölkəsi öz ədaləti və azadlığı ilə onunla müqayisə oluna bilməz. Peyğəmbərin (s) missiyası imperiya qurmaq, ərəbləri üstün etmək deyildi. Mədinə dövləti ilahi qaunların vəhşi bir milləti kamillik zirvəsinə çatdırmaq qüdrətində olduğunu göstərmək idi. Bu xəttin davam etdirilməsi üçün, ərəblərin ilahi dindən sui-istifadə edib sıravi bir imperiya qurmaması üçün Allah Həzrət Məhəmməddən (s) sonra ümmətə başçı təyin etdi – imamları. Peyğəmbər (s) çox narahat idi ki, onun ümməti yəhudilər tək, İslamı hansısa millətin və irqin üstünlüyünü sübut etmək üçün istifadə edəcək və bəşəri bir din imperiya, diktatura alətinə çeviriləcək. Peyğəmbər özü camaata canlı bir nümunə idi. Onun məclisləri daim dairəvi şəkildə qurulardı ki, kimin ağa, kimin nökər olduğu bilinməsin. Peyğəmbər ola-ola dövlət məsələlərində mədinəlilərlə məşvərət edərdi ki, onlar kor-koranə itaətə öyrənməsinlər. “Mən sizin kimi bir bəşərəm,” - deyən Peyğəmbər (s) VII əsrdə bədəvi ərəblərin arasında – “Allahdan başqa hər bir şeyə yox deyin, azad olun” şüarını ucaltdı. Lakin insanların bu böyük və sadə həqiqəti anlaya bilməyəcəyindən və ilahi dini təhrif edib köləlik alətinə çevirəcəyindən qorxurdu. Bu səbədən “Ümmətim! Ümmətim!” deyə deyə son vəsiyyətini etdi: “Sizə ən böyük iki əmanəti qoyuram: Quran və ailəm”.

Əhli-Beyt (ə) mübarizə mydanında

VII əsrdə təzə-təzə mədəniyyətin nə olduğunu anlayan bir xalqın azadlıq məktəbini qorumağa gücü çatmazdı. İnsan zəkası hələ bu məsuliyyətin altına girmək iqtidarında deyildi. Amma sonuncu Peyğəmbər (s) bunu başa düşərək onlara yol göztrəmişdi: Quran və Əhli-Beyt. Əhli-Beyt Quranın təfsirçisi idi, Quranın rəmzi dilini açıqlayan idi. Odur ki, düşmən Əhli-Beyti (ə) məhv etmək qərarına gəldi. Əvvəlcə ümmətin əllərini Peyğəmbərin (s) yeganə sağ övladını, vücudu ilə İslam dəyərlərini təbliğ edən, İslam yolunda ilk qiyam edən Fatiməni (s) qanına bulaşdırdılar. Sonra Əlini (ə), sonra Həsəni (ə)... Növbə çatdı Peyğəmbərdən yaganə qalan xatirəyə - Hüseynə. Artıq xilafət öz missiyasına xəyanət etmişdi, ümmət öz vəzifəsini unutmuşdu. İran, Misir, İraq, Suriya, Fələstin və Ərəbistanı ehtiva edən böyük bir imperiya qurulmuşdu. Bu imperiyanın başında Əməvi sülaləsi dururdu ki, onların zülmü hədd bilmirdi. Müsəlmanlar isə zülmə boyun əyirdilər. Fatimənin, Əlinin, Həsənin nəsihətləri insanları qərq olduqları yuxudan, qəflətdən oyada bilmirdi. Vaxtı ilə Mədinədə hökm sürən azadlıq və ədalət dini, köləlik əqidəsinə çevirlmişdi. İnsanlar nəsihət eşitmək qüdrətində deyildi. XX əsrin görkəmli sosioloqu Əli Şəriətinin təbiri ilə desək, İslam ağacı qurumuşdu, onu şəhid qanı ilə suvarmaq zamanı yetişmişdi. Fatiməni, Əlini, Həsəni qətlə yetirdikləri zaman “özləri öldülər” deyirdilər. Deməli, elə bir açıq, şəffaf mübarizəyə ehtiyac var idi ki, nə o zaman, nə sonradan Əhli-Beyt (ə) qiyamını təhrif etmək mümkün olmasın. Batil öz iyrəncliyi, Haqq öz gözəlliyi ilə təzahür etməli idi. Artıq heç bir peyğəmbər göndərilməyəcək bir əsrdə insanlara praktiki nümunə qoymaq lazım idi. Elə bir məktəb yaratmaq gərək idi ki, insanlar özlərini tanıya bilsinlər, yaxşı ilə pisi ayırd etmək üçün meyarlara yiyələnsinlər, azadlığın dəyərini öyrənsinlər.

Aşura qiyamı
Edvard Gibbon: “Uzaq bir dövr və məkanda Hüseynin faciəvi ölümü ən soyuqqanlı oxucunun belə qəlbini oyadır”.


İmam Hüseyn (ə) öz yaxınlarını Mədinədə toplayıb Yezidə qarşı qiyam etmək niyyətində olduğunu bildirdi. Onu bu yoldan çəkindirənlər də oldu. “Ölməkdənsə, sakit təbliğ et – daha faydalı olar” – deyənlər İmama nəsihət verirdilər. Lakin imamın (ə) böyüklüyü də onda idi ki, müasirlərinin görmədiyi həqiqətləri o görürdü. Qiyam etməyəcəyi təqdirdə tarix tərəfindən məhkum olunacağını bilirdi. Lakin Əsrlər ötdü İslamla əlaqəsi olmayan Mahatma Qandi yazırdı: ”Məzlum ola-ola qələbə çalmağı İmam Hüseyndən öyrəndim”. Pandit Cavaharlar Nehru isə deyirdi: “İmam Hüseynin qurbanı bütün dinlər və icmalar üçün həqiqət yolunun nmunəsidir”. Ən böyük və zəif müstəmləkələrdən biri Hindistan istiqlaliyyət mübarizəsində İmam Hüseyndən (ə) ilham alırdı.
İmam Ən yaxın insanları ilə Həccə yola düşdü. Müxtəlif bölgələrdən gələn müsəlmanları Həccdə ona qoşulmağa çağırdı: “Zülmlə yaşamaqdansa, azad ölmək yaxşıdır!” İşinin əhəmiyyətini göstərmək üçün Həccini yarımçıəq qoyub Kufəyə yola düşdü. Çünki, kölələrin Həcci, köləliyə təşfiq edən Həcc İslamın göstərişi ola bilməzdi. Həcc, namaz, oruc insanı azad edəcəksə dəyərlidir, əks təqdirdə ibadət puç bir mərasimdir, ruhsuz bədəndir. Kufə əhli əvvəlcədən İmam Hüseyni (ə) dəstəkləyəcəyini bildirmişdi. Ona görə Peyğəmbər Əhli-Beyti öz yolunu bu şəhərə saldı. Yol boyunca İmam Hüseyn insanları ölümə dəvət edirdi, elə bir ölümə ki, bəşəriyyətə həyat verəcəkdir. Məşhur yazıçı Çarlz Dikkens isə bir çox müsəlmanlardan fərqli olaraq hadisənin əhəmiyytindən belə yazır: “Əgər Hüseyn dünya məhəbbəti üçün vuruşurdusa... anlaya bilmirəm, bacısı, xanımı və uşaqları onu niyə müşaiyət edirdilər? Bu onu sübut edir ki, o sırf İslam üçün özünü qurban verdi”. Yolda Kufəlilərin xəyanəti xəbəri yetişdi və İmam (ə) Kərbəla çölünə üz tutdu. Təxminən 130 nəfər dövrünün ən ziyalı, ən aydın düşüncəli, ən mənəviyyatlı, öz işlərində ümdə olan insanlar İmam Hüseynin (ə) ətrafında idi. O biri cəbhə də isə Peyğəmbərin (s) dilindən Hüseynin kimiliyini eşidən, lakin cəhaləti sayəsində Yezidi ondan üstün bilən 30 minlik ordu. Bu ordu üçün sakit köləlik, şərafətli ölümdən üstün idi. Odur ki, İmam Hüseyn (ə) həyatının son anlarında: “Müsəlman ola bilmirsinzsə, kişi olun!” deyə qadınlara hücum edən düşmənlərə səsləndi. Əsrlər sonra şotlandiyalı tarixçi Tomas Kerlayl yazacaq: “Kərbəladan aldığımız ən gözəl dərs Hüseyn və onun səhabələrinin sarsılmaz iman sahibləri olduğudur. Onlar göstərdilər ki, haqq və batil savaşında sayın əhəmiyyəti yoxdur. Az bir dəstəyə başçılıq edən Hüseynin qələbəsi məni ovsunlayır!” Bəli, İmam Hüseyn və onun əsgərləri qətlə yetirildi, qadınlar əsir aparıldı. Cismən məğlub oldu, lakin mənən qələbə çaldı. İş o yerə çatdı ki, hakimi-mütləq Yezid belə öz günahını etiraf etmək istəmədi, Hüseynin qətli ilə öyünə bilmədi. Hüseynin (s) qəhrəmanlıq xəbəri müsəlman vilayətlərinə çatanda insanlar yuxudan oyandı. Nəyin baş verdiyini başa düşüb qiyama qalxdılar. Azadlıq şöləsini ümmətin qəlbində alovlandırdı. O zaman dinin mahiyyətini təhrif etmək istəyənlərin əlini İmam Hüseyn (ə) kəsdi, bu gündə kəsir, gələcəkdə də kəsəcək. Azadlıq teşnələri üçün İmam Hüseyn (ə) Kərbəla adlı bir bulaq qoydu ki, Qiyamətə qədər bu çeşmə həqiqət yolunun yolçularının qəlbini sirab edəcək. Ingilis tarixçisi və deputatı Edvard Gibbon yazırdı: “Uzaq bir dövr və məkanda Hüseynin faciəvi ölümü ən soyuqqanlı oxucunun belə qəlbini oyadır”.

Mənəvi Dünya İctimai Birliyi






26 Noyabr, 2011  16:03 Baxılıb: 1817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner