Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fərhad Bədəlbəyli "Longines"in dostu elan edildi

Fərhad Bədəlbəyli: “İnşallah, Şuşada böyük “Longines” saatını quraşdırmaq mümkün olacaq”

Tanınmış İsveçrə saat markası “Longines”in Azərbaycanda rəsmi təmsilçisi VMF şirkəti Xalq artisti, Dövlət Mükafatı Laureatı, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylini “Longines”in dostu” elan edib. ANS PRESS-in məlumatına görə, bununla bağlı bu gün Bakı Caz Mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdə tanınmış musiqiçilər, incəsənət xadimləri və fəxri qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan tanınmış şoumen Murad Dadaşov bildirdi ki, “Longines” nəinki Azərbaycanda, bütün dünyada sevilən və seçilən brenddir. Onun sözlərinə görə, bu brend bütün dünyanı fəth edib: “Bütün dünyada tanınmış, keyfiyyəti sevən və keyfiyyətli insanlar ”Longines”i seçir. Mən çox şadam ki, 1932-ci ildən yüksək keyfiyyət və zərif dizaynla istehsal edilən və dünyanın aparıcı saat markası olan “Longines” məhz VMF-in sayəsində Azərbaycanda da var. 13 ildir ki, “Longines” Azərbaycanın ictimai həyatında fəal iştirak edir. Təbii ki, burada da VMF-in olduqca böyük və əvəzsiz rolu var”.

Sonra tədbir iştirakçılarına Fərhad Bədəlbəylinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Ardınca söz alan F.Bədəlbəyli bunu heç gözləmədiyini bildirdi: “Mən heç gözləmirdim ki, VMF məni seçəcək. Amma seçdilər və mənə “Longines” saatı hədiyyə etdilər, sağ olsunlar. Söz verirəm ki, bundan sonra ancaq “Longines” saatını taxacam”.

F.Bəbəlbəyli VMF-ə bir təkliflə də çıxış etdi. Əslən qarabağlı, şuşalı olan F.Bədəlbəyli Şuşanın azad olacağı zaman Şuşanın mərkəzi meydanlarının birində “Longines” saatının quraşdırılmasını istədi: “Bu gün Azərbaycanda 9 milyon nəfər əhali var. Hər bir Azərbaycan vətəndaşı 1 manat pul versə, İnşallah Şuşada belə bir böyük “Longines” saatını quraşdırmaq mümkün olacaq. Mən əminəm ki, VMF Şuşa azad olanda, mənim bu təklifimi nəzərə alacaq”.

Sonra F.Bədəlbəyliyə VMF şirkəti tərəfindən iki “Longines” saatı hədiyyə edildi. Tanınmış pianoçu tədbirin bədii hissəsini pianoda öz “Dəniz” kompozisiyası ilə zənginləşdirdi.

Qonaqların alqışları ilə müşaiyət olunan çıxışdan sonra tədbirdə qonaq qismində iştirak edən məşhur caz ifaçıları və digər tanınmış müsiqiçilər çıxışları ilə təbriklərini çatdırdılar.

Tədbirdə çıxış edən VMF şirkətinin direktoru Natiq İsmayılov isə qeyd etdi ki, bu tədbirin keçirilməsi bir daha sübut etdi ki, bu gün vaxt bizə işləyir: “Tezlikə hər bir şey öz yerini tapacaq. Şuşa azad olunarkən VMF şirkəti nəinki Şuşada, Xankəndi də böyük “Longines” saatlarını quraşdıracağına söz verir”.

Sonda incəlik və zəriflik nümünəsi olan “Longines” saatlarının xüsusi endirimlərlə satışı təşkil edildi.

Məlumat üçün bildirək ki, vaxtı ilə fəaliyyətinə tanınmış "Longines" saat markası ilə əməkdaşlıqdan başlayan VMF 13 ildir ki, "Longines" şirkətini Azərbaycanda təmsil edir. Son dərəcə eleqant, dəqiq və etibarlı mexanizmə görə, "Longines" bütün dünyada olduğu kimi Azərbaycanda da sevilir. Xatırladaq ki, 2009-cu ilin dekabrında Bakıda "Longines" saat markasını təqdim edən butik açılıb. Bununla əlaqədar "Longines" şirkətinin prezidenti V Fon Könel İsveçrədən paytaxtımıza təşrif buyurmuşdu.

"Longines" İsveçrənin fəxri hesab olunan saatlarından biridir. Bu saatların tarixçəsi 1832-ci ildən başlayır. Ticarət markası kimi ilk dəfə olaraq "Longines" 1889-cu ildə qeydiyyatdan keçib. Bu illər ərzində "Longines" dəfələrlə beynəlxalq sərgilərdə və saat şirkətləri arasında keçirilən müsabiqələrin qalibi olub, 10 Qran-Pri mükafatına və 28 qızıl medala layiq görülüb. Bundan əlavə, 1960-cı illərdə İsvecrənin fəxri zinət əşyaları sahəsində "Diamond Award" nüfuzlu mükafatın sahibi olub.

Vaxt ötdükcə və dəb dəyişdikcə, "Longines" saatlarının görünüşü də bir neçə dəfə dəyişib. Cib saatlarından qol saatına çevrilən "Longines" hər zaman öz eleqant görünüşü ilə seçilib.

Məhz "Longines" şirkəti 1905-ci ildə qol saatlarının seriyalı buraxılışına başlayıb. 1912-ci ildən başlayaraq isə "Longines" novatorluğu üzərinə götürüb. Bu dəfə dairəvi saatları deyil, düzbucaqlı, dördbucaq və kəpənək şəklində saatlar istehsal etməyə başlayıb.

1960-cı ildə şirkət ən nazik kvars saatını, 1979-cu ildə isə 2 mm-lik maneəni aşaraq 1.98 mm qalınlığında saat istehsal etməklə rekord vurub və 1983-cü ildə qadınlar üçün 1.75 mm-lik mexanizm yaradıb. Amma buna baxmayaraq, "Longines" şirkəti heç vaxt öz tarixini unutmur və hər zaman keçmişə boylanaraq hər hansı bir elementi məhz oradan götürüb istifadə edir.

Bir çoxları bu şirkəti Olimpiya oyunlarının rəsmi xronometri kimi tanıyır. 1989-cu ildən "Longines" Beynəlxalq Gimnastika Federasiyasının rəsmi tərəfdaşı və xronometristidir. Onu da qeyd edək ki, bir çox məşhur insanlar bu saat markasının reklam simalarıdır. Onların arasında Bədii Gimnastika üzrə Azərbaycanın 4 qat çempionu Dinara Gimatova, tanınmış hind aktrisası və fotomodeli Ayşvariya Ray, Rusiyanın xalq artisti Oleq Menşikov və digər tanınmış şəxlər var.









26 Noyabr, 2011  02:24 Baxılıb: 1147 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner