Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TIXACDA QALAN HAKİMİYYƏT NÜMAYƏNDƏLƏRİ HACIBALA ABUTALIBOVA “HÜCUM” ETDİ

Dünən jurnalistlər, deputatlar və məmurlar üçün ağır gün idi

Noyabrın 24-də yağan qarın iflic hala saldığı Bakıda təkcə sıravi vətəndaşlar, jurnalistlər deyil, millət vəkilləri də saatlarla tıxacda qalmalı olublar.

Simsar.az-ın məlumatına görə, deputat Çingiz Qənizadə Lent.az-a açıqlamasında bildirib ki, dünən təxminən 3 saat tıxacda qalmalı olub: “Mən heç 20 Yanvar istiqamətindən getmirdim. Sadəcə, Tbilisi prospektindən keçərək digər yola keçmək istəyirdim. Amma yollar bərbad vəziyyətdə idi, elə yerlər var ki, qazıb töküblər, heç üstünü də örtməyiblər. Təsəvvür edin, yolun ortasında dərinliyi 35-40 santimetr olan çala qazılıb. Keçmək istəyən bütün maşınlar ora düşürdü, maşının altı dəyirdi. O biri sürücülər gəlib onu birtəhər çıxarırdılar. Belə yüzlərlə maşın yollarda qalmışdı. Sonra deyirlər Bakıya qar yaraşmır, qış yaraşmır. Məncə, bu şəhərə elə Hacıbala Abutalıbovun özü də yaraşmır”.

Ç.Qənizadə onu da bildirdi ki, Milli Məclisin sədri Oqtay Əsədov, deputat həmkarı Qənirə Paşayeva da saatlarla tıxacda qalıb: “Bildiyimə görə, Oqtay müəllim Sulutəpə istiqamətində tıxacda qalıb. Bundan başqa, Qənirə xanım 3 saat yarım tıxacda gözləmək məcburiyyətində qalıb. Axırda görüb ki, gedə bilməyəcək, düşüb şəhərə qayıdıb, anası evində qalıb. Bu biabırçılıq Bakı şəhər İcra Hakimiyyətinin, “Azəryolservis”in yarıtmaz fəaliyyətinin nəticəsidir”.

Millət vəkili Qənirə Paşayeva Lent.az-a açıqlamasında noyabrın 24-də saatlarla tıxacda qaldığını təsdiqləyib.

“Mən özüm saatlarla tıxacda qalmışam. Parlamentdən 20 Yanvar metrostansiyası üzərindəki körpüyədək 3 saat yarıma gəlib çıxmışıq. Orda da 40-50 dəqiqə hərəkətsiz vəziyyətdə qaldıq, maşınlar bir addım belə irəli gedə bilmirdi. Axırda məcbur olub yolun əks istiqaməti ilə mərkəzə, yaxınlarımın evinə qayıtmışam. İnsanlar vardı ki, 5-6 saatdan da çox tıxacda dayanmışdı. Bu, birbaşa olaraq Bakı şəhər İcra Hakimiyyətinin ciddi məsuliyyətsizliyidir. Həmin saatlarda bircə texnika da görmədik ki, yolu açmağa çalışsın, qum, duz səpsin”.

Bəzi məlumatlara görə, BŞİH rəhbəri Hacıbala Abutalıbovun özü də dünən taxacda qalıb.
Yaranmış vəziyyətə görə, H.Abutalıbova qarşı hakimiyyət düşərgəsində də, ciddi tənqidlər səslənir.

RAMİL






25 Noyabr, 2011  19:57 Baxılıb: 1242 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner