Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Cəlil Məmmədquluzadənin əsərləri macar dilində

Bu hadisəyə görə tədbir keçirilib

Təqdimat mərasimində macar alimləri, türkoloqlar, eləcə də Budapeştdə olan millət vəkillərimiz iştirak ediblər

 Noyabrın 23-də Macarıstan Elmlər Akademiyasının kitabxanasında Azərbaycanın Macarıstandakı səfirliyinin və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə səyi ilə nəşr olunmuş Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri”nin təqdimat mərasimi keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən Simsar.az-a verilən məlumata görə, mərasimi giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açıb. 

Kitabın tərtibçisi və müqəddimə müəllifi, NDU-nun rektoru, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə irsi, böyük yazıçının dünya ədəbiyyatındakı yeri və əsərlərinin əhəmiyyəti barəsində danışıb. Hekayələrin orijinaldan macar dilinə tərcümə edən Budapeştdəki ELTE universitetinin müəllimi, azərbaycanşünas alim Mariya Keneşi kitab üzərindəki işi və Cəlil Məmmədquluzadə irsinin müasir macar həyatı ilə səsləşən cəhətləri barədə söz açıb. Görkəmli türkoloq-alim, akademik Georq Xazai isə tarixən türk dünyası ilə Macarıstanın ortaq dəyərlərinin mövcud olduğunu və böyük Azərbaycan yazıçısının macar dilində çıxan kitabının da artıq həmin dəyərlərdən birinə çevrildiyini bildirib.

Təqdimat mərasimində macar alimləri, türkoloqlar, eləcə də Budapeştdə olan millət vəkilləri Gövhər Baxşəliyeva və Mübariz Qurbanlı iştirak ediblər.






25 Noyabr, 2011  19:35 Baxılıb: 1691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner