Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YAŞAR NURİNİN ÖLÜM XƏBƏRİ AKTYOR KAZIM ABDULLAYEVİN ADINDAN YAYILIB

Kazım Abdullayev: “Mənim “Facebook” profilim yoxdur, heç kompyuterdən də başım çıxmır”

“Facebook” sosial şəbəkəsində əməkdar artist Kazım Abdullayevin adına açılan hesabda yalnış xəbərlər yayımlanır. Ötən gecə həmin profildə xalq artisti Yaşar Nurinin ölüm xəbəri verilib. Eyni məlumat bundan əvvəl noyabrın 17-də də statusa yazılıb. K.Abdullayevi tanıyanlar bu profilin saxta olduğunu iddia edir. 

Simsar.az saytı məsələyə aydınlıq gətirmək üçün aktyorla əlaqə saxladı. K.Abdullayev “Facebook”da hesabının olmadığını bildirdi: “Ümumiyətlə, mənim kompyuterdən o qədər də başım çıxmır. Demək, mənim adımdan səhv xəbər yayır?.. Mən onu “əclaf adam” adlandıraram”.

Aktyor saxta profildə məhz Yaşar Nuri haqqında təsdiq olunmayan məlumatların kim tərəfindən və hansı məqsədlə yayıldığını bilmir: “Yaşa Nuri xəstəxanadadı, şükür sağ-salamatdı. Mənsə teatrdayam, onun durumu ilə bağlı xəbər yaymağa heç vaxtım da olmur”.

K.Abdullayev saxta profil yaradan şəxsədən həmin hesabı ləğv etməyi tələb edib: “Oğlum həmin adama məktub göndərib. O da deyib ki, sizin fanatınızam ona görə bu profili yaratmışam. Hardasa bir-iki ay olar bu hesab açılıb. Dəfələrlə demişik ki, adımı ordan silsin, amma faydası yoxdur.”

Aktyor deyir ki, bu barədə “Facebook” idarəçilərinə şikayət göndərmək fikrindədir: “Sadəcə, vaxtım olmur. Oğluma deyəcəm bu işlə məşğul olsun”.

K.Abdullayev hazırda Azərbaycan Dövlət Milli Dram Teatrında çalışır.

Arifə






25 Noyabr, 2011  17:02 Baxılıb: 2892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner