Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaşar Nuri ölməyib

"Hamı bilir ki, Yaşar xəstədi, ama belə olmaz axı..."

İki həftəyə yaxındır Dövlət Gömrük Komitəsinin hospitalının reanimasiya şöbəsində olan xalq artisti Yaşar Nurinin dünən vəfat etməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Bunu Simsar.az-a açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

Rəhimə xanımın sözlərinə görə, bu, atıq ikinci belə haldır: “Bilirəm, bunlardan xəbərim var. Keçən dəfə hanısa bir şəxs bu xəbəri yaymışdı. Bu dəfə isə bir sayt. Anlaya bilmirəm bunların səbəbini. Məqsədləri nədir, onu da bilmirəm. Hamı bilir ki, Yaşar xəstədi. Amma belə olmaz axı. Nə təsəlli sözü deyə bilərəm axı? Mən bu barədə nə mübahisə, nə də mübarizə etmək fikrindəyəm. Bekar adamlar otururlar forumda, bu cür sözbazlıq edirlər. Mən buna ancaq sözbazlıq deyərdim. İnsanlar maraqlı şeylər axtarırlarsa, şou-biznesdə belə şeylər çoxdur. Həm məlumatlar, həm də fraqmentlər var. Mən bu cür insanlardan ancaq xəcalət çəkirəm”.

R. Nuriyeva aktyorun səhhətində heç bir irəliləyiş olmadığını da bildirib: “Yaşarın vəziyyəti heç yaxşı deyil. Həkimlər də ümidverici bir söz demirlər. Türkiyədən gələn həkim də ümid vermədi. Bircə ümid Allahadır”.






25 Noyabr, 2011  15:16 Baxılıb: 1184 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner