Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məşhur Argentina yazıçısı X.L.Borxesin əsəri əsasında tamaşa hazırlanıb

“Tabu” sabah təqdim olunacaq 

Məşhur Argentina yazıçısı X.L.Borxesin “Bədəməl qadın” hekayəsi əsasında hazırlanan “Tabu” tamaşası sabah ictimaiyyətə təqdim olunacaq. Tamaşanın premyerası saat 15:00-da
“YUĞ” Dövlət Teatrında gerçəkləşəcək. Bu barədə Simsar.az-a məlumat verən teatrın ədəbi hissə müdiri Elçin Cəfərov tamaşanın ilk dəfə məhz «2+1» Eksperimental Teatr Festivalı
çərçivəsində nümayiş olunacağını bildirib.

Əsərdə məhəbbət üçbucağına düşmüş iki mehriban qardaş onlara heç nədə etiraz etməyən qadını qətlə yetirirdikdən sonra rahatlıq tapırlar. “Qaydalar onları pozmaq üçün yox, onlara əsaslanaraq yeni qaydalar yaratmaq üçündür!” - psixoplastik vəhy janrında qurulan səhnə əsərinin əsas ideyası budur.

Tamaşanın rejissoru Ruslan Şöhrətoğlu, rəssamı Umay Həsənovadır. 55 dəqiqəlik tamaşada Qasım Nağı, Təranə Ocaqverdiyeva və Rasim Cəfərov iştirak edəcəklər.

“Təbiətə qarşı çıxmaq olmaz!” fikri müəllifin əsas yanaşmasıdır: “Kainatda, hər şey ikili tarazlığa malikdir. Bu, öz qanunauyğunluqları ilə tənzimlənir. Onlara qarşı çıxmağa, özünə uyğunlaşdırmağa çalışsan, natarazlıq burulğanında məhv olarsan. Amma onlara uyğunlaşsan, bütün qanunauyğunluqların məhz istəyin, arzun olduğunu aşkar edərsən”.

Arifə






24 Noyabr, 2011  21:22 Baxılıb: 1437 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner