Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurası Rafiq Tağının adına nekroloq yaydı

"4 gün idi onun həyatı uğurunda mübarizə gedirdi"

Dörd gün idi ki, onun həyatı uğrunda mübarizə gedirdi. Lakin amansız ölüm səhiyyə mütəxəssislərinin bütün səylərindən üstün oldu. İstedadlı qələm sahibi yaradıcılığının çiçəkləndiyi vaxtda - 61 yaşında əbədiyyətə qovuşdu.

O, 5 avqust 1950-ci ildə Masallı rayonunun Xoççobanlı kəndində dünyaya göz açıb. Bəlkə Vətəni iki hissəyə bölən tikanlı sərhəd tellərinin müntəzəm müşahidəsi idi ki, gələcək yaradıcılığında azərbaycançılıq, bütövləşmə aparıcı mövzularını təşkil edirdi.

R.Tağı həkim olmaq niyyəti ilə 1972-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında ixtisasını təkmilləşdirib. Topladığı təcrübə və biliklər sayəsində Sabirabad rayonunun Yolçubəyli kənd ambulatoriyasının, Masallıdakı Həsənli kənd xəstəxanasının baş həkimi kimi neçələrinin şəfa tapmasına yardımçı olub. Ömrünün 11 ilini Rusiya Federasiyasının Moskva şəhəri və Kalinin vilayətindəki səhiyyə müəssisələrində həkim kimi insanların sağlamlığına həsr edən R.Tağı 1990-cı ildən həyatının sonuna kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, paralel olaraq Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışıb.

Onun adı ictimaiyyətə yazıçı, jurnalist və publisist kimi daha yaxından tanış idi. Bədii əsərləri Masallının “Çağırış” qəzetində, “Ulduz” jurnalında və çoxsaylı kütləvi informasiya vasitələrində dərc olunub. Yaradıcılığına özünəməxsus orijinal yol və üslub xas idi. Yazıları bir qayda olaraq polemika doğururdu.

Azərbaycan Mətbuat Şurası Rafiq Tağının vaxtsız vəfatından kədərlənir, mərhumun ailəsinə və bütün doğmalarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası






23 Noyabr, 2011  21:44 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner