Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ədliyyə Nazirliyində elektron xidmət

Xidmət internet saytda olacaq

 Bu günlərdə Ədliyyə Nazirliyinin internet saytında elektron xidmət bölməsi istifadəyə veriləcək. Simsar.az-ın xəbərinə görə, bu barədə YAP-ın saytına müsahibəsində ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev məlumat verib. Yeni bölmə vasitəsilə vətəndaşlar ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə edə biləcəklər. Bölmədə həmçinin, Azərbaycan adları, onların mənası və sair barədə informasiya almaq üçün geniş axtarış sistemi yaradılıb.

T. Musayev onu da bildirib ki, təkcə cari ildə nazirlik tərəfindən 240 hüquqi aktın layihəsi hazırlanıb, müxtəlif hüquq münasibətlərini tənzimləyən 1300-dən yuxarı belə akt hüquqi ekspertizadan keçirilib: “Yeni qəbul olunmuş "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu ilə cari ildə nazirliyə yeni mühüm vəzifələr, o cümlədən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması və onun aparılması həvalə edilmişdir. Ölkə prezidentinin 2011-ci il 1 iyul tarixli fərmanı ilə bu sahədə müvafiq Əsasnamə təsdiq olunmuş və nazirlik tərəfindən həmin reyestrin elektron variantı yaradılaraq (www.huquqiaktlar.gov.az) bu ilin noyabrın 1-dən fəaliyyətə başlayıb”.






21 Noyabr, 2011  18:45 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner