Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azərbaycanın Milli Qəhrəmanı - Gültəkin zirvəsi”

Milli qəhrəmana həsr olunan geniş tədbir 

Noyabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Gültəkin Əsgərovanın doğum günü münasibətilə anım mərasimi keçirilib. Mərasim Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda döyüşlərdə həlak olan Vətən övladlarının əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində gerçəkləşib. “Azərbaycanın Milli Qəhrəmanı - Gültəkin zirvəsi” adlı tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, məzarın üzərinə güllər qoymuş, sonra üzərinə G.Əsgərovanın döyüş səhnəsində təsviri vurulan avtomobillərlə Bayraq Meydanına yürüş ediblər. Daha sonra Şəhidlər Xiyabanına gələrək Gültəkin Əsgərovanın məzarı önünə gül dəstələri düzüblər. Şəhid anaları Cəmiyyətinin sədri, pedaqoji elmlər namizədi Rəfiqə Əsgərova qızının məzarı önündə çıxış edərək Gültəkinin qəhrəmanlıqla zəngin keşməkeşli həyatına nəzər salıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq şairi Söhrab Tahir Gültəkin Əsgərovanın və ümumilikdə Vətən torpağı uğrunda canlarından keçən insanların həyatlarını xalqımızın qəhrəmanlıq salnaməsinə yazılan şanlı səhifə kimi qiymətləndirib. Burada Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova, Azərbaycan Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xədicə İskəndərli, “Məhsəti” şairlər məclisinin üzvü, şair Güləmayıl İsayeva, şəhid xanımı, şair Arzu Nehrəmli, ehtiyatda olan polkovnik, şair Telman Dəmirli qəhrəmanlıq ruhlu şeirlər səsləndiriblər.

Tədbirin davamı Gültəkin Əsgərovanın mənzilində baş tutub. Əvvəlcə Azərbaycan himni səsləndirilib, şəhidlərin və Gültəkin Əsgərovanın ruhu bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən Rəfiqə Əsgərova qızı haqqında xatirələrini bölüşüb. Tədbirdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Xalq şairi Söhrab Tahir, vitse–prezidentlər Xəzər Emin, Səriyyə İsmayılova, Rasim Məmmədov, hüquqşünas Həvva Hüseynova, Qarabağ döyüşlərinin iştirakçısı, general Əli bəy, Səməd Vurğunun ev-muzeyi və fondunun rəhbəri Aygün Vəkilova, Xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov və başqaları çıxış edərək Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş insanların qəhrəmanlıqları, Qarabağın azadlığı, milli istiqlaliyyət yolunda canından keçən və şəhidlik zirvəsinə yüksələn vətən övladlarının adlarının həmişə tarixdə qalacağını vurğulayıblar. Güləmayıl İsayeva, Xədicə İskəndərli və başqalarının ifasında Gültəkin Əsgərovanın qəhrəmanlığını əks etdirən şeir parçaları iştirakçılara duyğulu anlar yaşadıb. Tədbirin ruhuna uyğun səsləndirilən musiqi parçaları ilə yanaşı, teatrın aktyoru Ilham Əsədovun mahnısı dinləyicilərə təqdim olunub .
Mərasimdə həmçinin, İtaliyada gənc ifaçılar arasında keçirilən Beynəlxalq müsabiqədə birincilik qazanan Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov və İtaliyada vokal üzrə uşaqlar arasında keçirilən Beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüş Emin Xəzər musiqi parçaları ifa ediblər.
Sonda Rəfiqə Əsgərova və Söhrab Tahir tədbirin yüksək səviyyədə təşkilinə, görə “Bura Vətəndir” məclisinin sədri, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılovaya təşəkkürlərini bildirərək, bu tipli tədbirlərin ölməz şəxsiyyətlərinin ruhuna olan dərin ehtiram kimi qiymətləndirərək, gənclərin mənəvi tərbiyəsində əvəzsiz olduğunu diqqətə çatdırıblar. Natiqlər çıxışlarında ölkə prezidenti İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətinin torpaqlarımızın işğaldan azad edilməsinə yönəldiyini diqqətə çatdıraraq, Qarabağın tezliklə qaytarılacağına əminliklərini dilə gətiriblər.
Qeyd edək ki, tədbiri Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar Mədəniyyət işçisi, “Bura Vətəndir” məclisinin sədri Səriyyə İsmayılova idarə edib.

Ramil









21 Noyabr, 2011  17:06 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner