Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daşqın bölgəsinə komissiya göndərildi

Yeni tikilən evlər sökülür 

Ötən ayın- oktyabr ayının 27- də Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri arasında keçirilən görüşdən sonra Kür daşqınlarının təsirinə məruz qalmış insanların problemlərinin həlli istiqamətində daha bir addım atılıb.

Belə ki, görüşdə daşqınların təsirinə məruz qalmış Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Hacıqabul və s. rayonlarda bu günə qədər problemləri həll olunmayan 165 nəfərin siyahısı Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinə təqdim olunmuşdu. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Mətbuat Xidmətindən Simsar.az-a verilən məlumata görə, artıq bir neçə gündür, FHN həm adları bu siyahıda qeyd olunan, həm də öncədən nazirliyə müraciət edən vətəndaşların problemlərini araşdırmaq üçün bölgəyə komissiya göndərib. Müvafiq komissiya 2010- cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının və qrunt sularının təsirinə məruz qalmış, problemi bu günə qədər həll olunmayan şikayətçi sakinlərlə görüşüb, onların problemlərini dinləyib evlərinə baxş keçirib. Bu barədə məlumatı evlərinə baxış keçirilən sakinlər bildiriblər. FHN-dən məlumatı təsdiqləyiblər. Hazırda FHN nümayəndələrinin daşqın bölgəsində evlərə baxış keçirməsi prosesi davam edir. Sakinlərin bildirdiyinə görə komissiya bir sıra evlərin qəzalı olmasını təsdiqləyərək həmin evlərin tikilməsinə qərar verib. Tikiləcək evlərin içində məhkəməyə müraciət etmiş sakinlərin də adları var. Digər tərəfdən daşqınların baş verdiyi ötən 18 ay ərzində bir sıra evlərin bərpa gücləndirilməsi nəzərdə tutulurdusa artıq həmin evlər də qəzalı vəziyyətə düşüb. Buna səbəb evlərin çiy kərpicdən tikilməsi, daşqınların təsirinə məruz qalarkən vaxtında əsaslı təmir işlərinin aparılmaması və ötən müddət ərzində yağışların intensiv yağması olub.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Fövqəladə Hallar Nazirliyinin vətəndaş cəmiyyətinin müraciətindən sonra daşqınların təsirinə məruz qalmış, problemi bu günə qədər açıq qalan sakinlərin evlərinə təkrar baxış keçirməsi və problemlərinin həlli üçün müvafiq addımların atılmasını təqdir edir. Qərargah eyni zamanda bildirir ki, 2010-cu ilin yazında baş verən Kür- Araz daşqınları və sonrakı müddətdə intensiv yağan yağışların Aran bölgəsinə vurduğu ziyanın aradan qaldırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var.






21 Noyabr, 2011  14:38 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner