Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənc İş Adamları Şəbəkəsi təsis edilir

Təsis qurultayı Bakıda keçiriləcək

DƏ-İKGF-nin Avrasiya üzrə Regional Mərkəzindən AzərTAc-a bildiriblər ki, şəbəkə İƏT-in üzvü olan ölkələrində fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onlar arasında biznes sahəsində məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaq.

Qurultayın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə İƏT-in üzvü olan ölkələrinin kreativ və işgüzar gənclərinin həvəsləndirilməsinə yönəlmiş “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” mükafatının təqdimatının keçirilməsi də planlaşdırılır. Mükafatın otuz yaşadək biznes, incəsənət, idman və ətraf mühitin qorunması sahəsində mühüm uğurlar əldə etmiş müsəlman gənclərə verilməsi planlaşdırılır.

İƏT-in Xarici İşlər Nazirlərinin cari ilin iyununda Astanada keçirilən 38-ci sessiyasında qəbul edilmiş yekun qətnaməsində təşkilatın üzv ölkələrini, eləcə də İƏT qurumlarını bu proqrama dəstək verməyə çağıran bənd öz əksini tapıb.

Paytaxtımızda keçiriləcək təsis qurultayında İƏT-in üzvü olan ölkələrini təmsil edən gənc iş adamların birlikləri, eləcə də bu quruma üzv olmayan dövlətlərdə yaşayan gənc innovatorlar da daxil olmaqla, 150-dək nümayəndə iştirak edəcək.

Bakı tədbirinin nəticələri cari il dekabrın 3-5-də İstanbulda keçiriləcək İşgüzarlıq üzrə II Qlobal Sammiti iştirakçıları üçün təqdim olunacaq.






19 Noyabr, 2011  16:56 Baxılıb: 897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner