Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistr olmaq istəyənlər mütləq oxusun

Yeni qaydalar tətbiq olundu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün magistraturaya qəbul imtahanları ilə bağlı bir sıra yeniliklər tətbiq edəcək. Bunu cümə günü Trend-ə TQDK-nın Magistratura üzrə yoxlam-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bu il iyunun 14-də Nazirlər Kabineti magistratura üzrə yeni ixtisaslaşmaların siyahısını təsdiq edib. Magistraturaya növbəti qəbul da yeni ixtisaslaşma siyahısı əsasında aparılacaq. Artıq Nazirlər Kabineti tərəfindən yeni ixtisaslaşmalar üzrə qəbulun proqnozu yaxın 4 il üçün təsdiq olunaraq TQDK-ya təqdim olunub.

Əliyev bildirib ki, əvvəlki təsnifatda magistratura üzrə 800-ə yaxın ixtisas var idi. İndi isə onların sayı 141-dək enib.

"Bütün ixtisaslar dəyişdirilib. Biz artıq YUNESKO-nun dünya standartlarına uyğun olan təsnifatına keçmişik. Yeni ixtisaslar müasir tələblərə daha çox cavab verir", - şöbə müdiri qeyd edib.

O bildirib ki, magistratura ilə bağlı digər yenilik xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlı olacaq. Artıq növbəti il üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistratura hazırlığı yalnız nəzəri ixtisaslar üzrə aparılacaq.

"Məsələn, artıq aktyor hazırlığı üzrə magistratura təhsili verilməyəcək. Magistraturada aktyor sənətinin tarixi və nəzəriyyəsi üzrə tədqiqatçı olmaq istəyənlər hazırlıq keçəcəklər", - Əliyev deyib.






18 Noyabr, 2011  19:32 Baxılıb: 1240 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner