Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ŞEYX JEST ETDİ

Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda nə istədi? 

A. Paşazadə məktubda qardaş ölkənin Van bölgəsində baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım etmək niyyətində olduğunu bildirib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir: “Bütün Azərbaycan xalqı möhtərəm dövlət rəhbərimiz – Sizin qardaşınız İlham Əliyev həzrətləri başda olmaqla, təbii fəlakət baş verən ilk gündən qardaş Türkiyə xalqının çətinliklərini paylaşmağa, zəlzələdən əziyyət çəkənlərə maddi və mənəvi cəhətdən qardaş yardımı göstərilməsinə böyük önəm verdi. Qafqaz Müsəlmanları İdarəsi olaraq, Vanda dəhşətli zəlzələnin baş verdiyi ilk gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq, zəlzələdən əziyyət çəkən qardaşlarımıza yardım məqsədilə maddi vəsait köçürməyi özümüzə borc bildik. Lakin təbii fəlakətin miqyasının genişlənməsi - zəlzələnin davamlı şəkildə təkrarlanması səbəbindən zəlzələdən əziyyət çəkənlərin, evsiz-eşiksiz qalan türk vətəndaşlarının sayının artması bizi narahat etməyə bilməz. Soyuq, qarlı günlərin yaxınlaşması bizi xüsusilə qayğılandırır. Bunu nəzərə alaraq, vanlı türk qardaşlarımıza imkanımız daxilində yardım etmək niyyətindəyik. Münasib bildiyiniz - zəlzələdən ən çox əziyyət çəkmiş vanlı fəlakət qurbanı olan iki ailəni fəsadlar aradan qaldırılanadək himayəmizdə yaşamaq üçün Azərbaycana təşrif buyurmağa dəvət edirəm. Həmin ailələrin yaşam təminatı tərəfimizdən ödənilməklə, hər bir qayğı ilə əhatə olunmasını mənəvi borc olaraq yerinə yetirməkdən şad olarıq”.






18 Noyabr, 2011  19:16 Baxılıb: 1198 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner