Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı qəsəbələrindəki sahibkarlara dəstək

Ötən il 1473 investisiya layihəsi maliyyələşib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini noyabrın 18-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirmişdir. Tədbirdə 180-ə yaxın sahibkar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, tədbirdən əvvəl əsas hissəsi dövlətin güzəştli kreditləri hesabına reallaşdırılan Binə qəsəbəsində illik gücü 4 min ton quş əti istehsalı olan “Abşeron” müəssisəsinin fəaliyyətinə baxış keçirilib.
Sonra “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir öz işinə başlamışdır. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidentinin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2011-ci ilin ötən dövründə sahibkarlıq subyektlərinin 1473 investisiya layihəsinin maliyyələşdirilməsinə 122,7 milyon manat güzəştli kreditin verildiyini, bu layihələrin reallaşdırılmasının 5700-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını bildirib. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Bakı qəsəbələri üzrə sahibkarlıq subyektlərinin 192 investisiya layihəsinin maliyyələşdirilməsinə 30,6 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 23 investisiya layihəsinin maliyyələşdirilməsinə 28,4 milyon manat və 169 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Şirzad Abdullayev son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, ölkəmizə gələn turistlərin ildən-ilə artdığını, eləcə də “Eurovizion-2012” mahnı müsabiqəsinin gələn il Bakıda təşkil olunacağını nəzərə alaraq, Fondun sahibkarlıq subyektlərindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenirlərin və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başladığını bildirmiş, sahibkarları bu sahədə fəal iştiraka dəvət edib.
Tədbirdə Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Əmircan qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının, gündəlik istehsal gücü 5 ton olan müasir çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Həmçinin, kiçik həcmli istixana təsərrüfatlarının, kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bildirilib ki, sahibkarların istəyinə uyğun olaraq, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Tədbir çərçivəsində sahibkarlara nümunəvi investisiya layihələri, digər metodiki materiallar paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 810 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlığa Kömək Milli Fondunun “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri bundan sonra da Bakı qəsəbələrində davam etdiriləcəkdir.







18 Noyabr, 2011  19:02 Baxılıb: 1108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner