Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsildən xeyili şikayətlər var

Şikayətlər əsasında cəzalananlar olub

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali təhsil müəssisələrindəki nöqsan və problemlər əksini tapıb. Bu qəbildən olan 140 müraciət əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib.
Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 7 şikayət daxil olub. Həmin müraciətlərdə yeməklərin verilmə vaxtı, keyfiyyəti, eləcə də uşaqların bağçaya qəbulu və digər bu kimi problemlərdən bəhs edilir.
Şikayət məzmunlu müraciətlərin 70-i Bakı, 3-ü Gəncə, 2-si Sumqayıt şəhərlərindəndir. Abşerondan 5, Cəlilabad və Yardımlı rayonlarının hər birindən 4, Şəki, Bərdə və Lerik rayonlarının hər birindən 3, Kürdəmir, Göygöl, Daşkəsən, Neftçala, Tovuz rayonlarının hər birindən 2, İmişli, Masallı, Cəbrayıl, Ağstafa, Kəlbəcər, Şabran, Şəmkir, Xaçmaz və Ağsu rayonlarının hər birindən 1 müraciət daxil olub.
“Qaynar xətt”ə daxil olan müraciətlər əsasında fəaliyyətində nöqsan aşkarlanmış təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilib. Araşdırma aparılan məktəblərin direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. İşdə yol verilmiş nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta məktəbin müəlliminə töhmət elan edilib, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Tələbələrinin təqaüdünün gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi ilə bağlı “qaynar xətt”ə daxil olmuş 17 şikayət də həllini tapıb.






18 Noyabr, 2011  14:56 Baxılıb: 1236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner