Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əmək kitabçası ləğv olunur

Nazirlik bunu mümkün sayır

Son zamanlar mediada əmək kitabçalarının ləğv olunması barədə məlumatlar yayılmaqdadır. Bəzi ekspertlər artıq əmək kitabçalarına ehtiyac duyulmadığı qənaətindədirlər.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, sənədləşmə işləri elektronlaşdığından əmək kitabçasının tədbiqi indiki dövrə bir o qədər də uyğunlaşmır. "Bu baxımdan əmək kitabçalarının ləğvi inkişaf istiqamətində atılan addımdır. Fərdi uçota əsaslanan pensiya sistemində insanlara Dövlət Sosial Fondundan şəhadətnamələr verilir ki, bu şəhadətnamə unikal qeydiyyat nömrəsinə malikdir. Hər bir şəxsin öz unikal nömrəsi olacaq. Neçə yerdə işləməyindən asılı olmayaraq, həmin işlər üzrə maaşlar, gəlirlərdən Sosial Müdafiə Fonduna ayırmalar olur. Bütün ayırmalar nəticədə bir nömrə altında cəmləşir".

S.Əliyevə görə, problem ondan ibarətdir ki, şəhadətnamələrin bir neçə ildir verilməsinə baxmayaraq, hələ də işləmir. "İndi bəziləri bir neçə yerdə işləyirlər. Amma həmin ödənişlər SMF-də onların adına açılmış hesaba köçürülmür".

Ekspert əlavə edib ki, şəhadətnamələrdə işçinin adı ilə yanaşı, qeydiyyat nömrəsi olacaq ki, bu nömrənin əsasında da həmin insan haqqında məlumat toplanılacaq. "Burada həmin insanın aldığı maaşı, nə vaxt işə daxil olması və işdən çıxması, ödənişlər haqqında məlumat öz əksini tapacaq. Fərdi uçota əsaslanan pensiya sistemində imtiyazlı pensiyalar da nəzərə alınacaq".

Əmək kitabçalarının satışı ilə məşğul olan "Gold Pen" MMC-nin rəhbəri Yusif Xancanov isə son günlər yayılan belə məlumatların onların biznesinə mənfi təsir göstərdiyini deyib. Rəhbərlik etdiyi qurumun 2008-ci ildən əmək kitabçalarının satışı ilə məşğul olduğunu deyən müsahibimizin bildirdiyinə görə, standartlara uyğun əmək kitabçaları Türkiyədən gətirilir:

"Son günlərdə bəzi mətbuat orqanlarında əmək kitabçalarının ləğv olunması ilə bağlı məlumatlar yayılır ki, bu da bizim işimizə mane olur", - deyən Xancanov əmək kitabçalarının ləğvi ilə bağlı rəsmi qərar olmadan belə məlumatların yayılmasını düzgün saymır. Dediyinə görə, "Gold Pen" tərəfindən ölkəyə gətirilən 80 min əmək kitabçasından 20 mini satılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov isə Milli.Az xəbər portalına deyib ki, bu gün qanunda əmək kitabçası tətbiq olunursa, demək, o lazımdır. Rəis müavininin sözlərinə görə, işçilər işə götürülən zaman onların təqdim etdikləri sənədlər içərisində ilk növbədə əmək kitabçası və şəxsiyyət vəsiqəsi tələb olunur. "Əgər bir şəxs birinci dəfə işə başlayırsa, ondan əmək kitabçası tələb olunmur, çünki həmin şəxsə əmək kitabçası müəssisədə açılmalıdır".

Məhərov bildirib ki, Dövlət Əmək Müfəttişliyi qanunun icrasına nəzarəti həyata keçirən orqandır. Əmək qanunvericiliyinə görə isə əmək kitabçası tətbiq olunmalıdır. "Rusiyada da gələn ildən əmək kitabçasını ləğv etmək istəyirlər. Xarici ölkələrin bəzilərində əmək kitabçası yoxdur, həmin ölkələrdə fərdi uçot sistemi tətbiq olunur. Ancaq bizdə buna tam keçilməyib. Gələcəkdə Azərbaycanda belə bir qayda tətbiq oluna bilər".






18 Noyabr, 2011  14:32 Baxılıb: 1829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner