Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan ən çox araq içilən müsəlman ölkəsidi

«ən çox içən ölkə» Moldovadır

Azərbaycanda əhalinin 15 yaşdan yuxarı olan kəsimi ildə orta hesabla adambaşına 10.6 litr spirtli içki içir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında belə deyilir.

Təşkilatın hesabatında Azərbaycan içən 188 ölkə arasında 38-ci yeri tutub.

Araşdırmanın nəticələrinə əsasən, Azərbaycanda spirtli içkidən istifadə edənlərin 87 faizi pivəyə üstünlük verir (adama orta hesabla 7 litr düşür).

İkinci yerdə çaxırdı, içki kimi onu daha üstün tutanlar 12 faiz təşkil edir. Adambaşına orta hesabla 30 qram düşür.

Araq və başqa tünd alkoqollu içkilərə üstünlük verənlərin sayı isə 1 faizdir. Orta hesabla adambaşına 1 litr araq içilir.


 Azərbaycanda Dövlət Statistika Komitəsinin rəsmi məlumatından isə belə çıxır ki, ölkədə içkiyə meyllilərin sayı o qədər də artmır. Müalicə - profilaktika müəssisələrində alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olanların sayı son 10 ildə cəmi 1.7 faiz artıb (2010-cu ildə 19921 adam):

 «ALKOQOL REYTİNQİNDƏ» İKİNCİ YER

 Azərbaycan Cənubi Qafqaz ölkələri arasındakı «alkoqol reytinqində» ikinci yerdədir.

Dünya ölkələri arasında 31-ci yeri tutan Ermənistanda il ərzində adambaşına 11.35 litr spirtli içki istehlak edilir. Gürcüstan isə adambaşına düşən 6.4 litrlik spirtli içki ilə 87-ci yerdədir.

Azərbaycanı «müsəlman əhali arasında ən çox içən ölkə» də adlandırmaq olar.

Hərçənd, Qazaxıstan ildə adambaşına düşən 10.96 litrlik içki ilə Azərbaycanı 360 qram qabaqlayır. Amma rəsmi statistika ilə razılaşsaq, Azərbaycanda əhalinin 93 faizi, Qazaxıstanda isə 47 faizi müsəlmandır.

«Ən çox içən ölkə» isə Moldovadır. ÜST-ün hesabatında deyilir ki, Moldovada adambaşına ilə 18.22 litr spirtli içki düşür.

İlk beşliyə 16.45 litr içki istehlakı ilə Çexiya da daxildir.

Macarıstan – 16.27, Rusiya -15.76, Ukrayna isə -15.6 litr ilə ilk beşliyi bəzəyiblər.

 Dünyada ölümün səbəbləri arasında spirtli içkilərə həddindən artıq aludə də yer tutur. Vəfat edənlərin 4 faizinin sonuna həddindən artıq alkoqol içmək çıxıb.






17 Noyabr, 2011  21:40 Baxılıb: 1360 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner