Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekologiya mövzusu KİV-də necə işıqlandırılsın?

Təlim proqramı hazırlanıb

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın (MŞ) UNESCO-nun Moskva ofisi ilə birgə müqaviləsinə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan «Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması» layihəsi üzrə müzakirələr aparılıb. Şuradan Simsar.az-a verilən məlumata görə, müzakirələrdə başlıca mövzu jurnalistlər üçün hazırlanmış təlim proqramı olub.

Görüşdə Təhsil Nazirliyi, MŞ, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ekspert dəstəyi ilə hazırlanmış proqramın kifayət qədər dolğun olduğu, müasir təhsil və jurnalistika standartları ilə uzlaşdığı vurğulanıb. Eyni zamanda sənədin geniş ictimai müzakirəsinin təşkilinin də zəruri olduğu bildirilib. Bu məqsədlə sabah – noyabrın 18-də Azərbaycan Mətbuat Şurasında media ictimaiyyəti nümayəndələrinin iştirakı ilə «dəyirmi masa»nın təşkili qərara alınıb.

Qeyd edək ki, «Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması» layihəsi bu ilin avqust ayının 1-dən reallaşdırılmaqdadır. Layihə MŞ-nın, YUNESKO-nun Moskva ofisinin və YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin 2010-cu ilin sentyabrından 2011-ci ilin aprelinədək həyata keçirdiyi «İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması (gücləndirilməsi) məqsədilə yayım jurnalistləri üçün təlim» layihəsinin davamı kimi nəzərdə tutulub.

Sözügedən təşəbbüs çərçivəsində «İqlim dəyişmələri və ekoloji stabillik» adlı kitabça nəşr olunub, həmçinin www.mediaclimate.org saytı hazırlanıb. Hazırkı layihə isə həmin kitabçaya və milli təhsil strategiyasının istiqamətlərinə yeni yanaşma əsasında təlim proqramı hazırlamaqdan və ekoloji mövzuda yazan jurnalistlər, jurnalistika fakultələrinin tələbələri və vətəndaş cəmiyyətinin üzvləri arasında ekoloji maarifləndirmə işlərinin məhz həmin proqram əsasında aparılmasını təmin etməyi, bunun elmi mexanizmini formalaşdırmağı nəzərdə tutur.

Onu da deyək ki, ümumilikdə YUNESKO-nun dəstəyi ilə icra olunan layihənin rəhbəri Azərbaycan Mətbuat Şurası (AMŞ), icraçı tərəfdaşlar isə YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.






17 Noyabr, 2011  21:25 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner