Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

İLHAM ƏLİYEVLƏ RAMİZ RZAYEVİN DİALOQU

"Ramiz, eşidirsən?"- "Cənab prezident, etimadınızı ən yüksək səviyyədə qiymətləndiririk" 

Noyabrın 16-da prezident İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı burada olduğu vaxt Oğuz Rayon Məhkəməsinin inzibati binasında Ali Məhkəmə ilə videobağlantı yaradılıb. Prezident İlham Əliyev videobağlantı zamanı Ali Məhkəmənin sədri Ramiz Rzayevlə söhbətləşib.

Simsar.az saytı AzərTAc-a istinadla həmin söhbətin mətnini təqdim edir.

Prezident İlham Əliyev: Ramiz, eşidirsən bizi?

Ali Məhkəmənin sədri Ramiz Rzayev: Bəli, cənab prezident, Sizi eşidirəm. İcazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.

Prezident İlham Əliyev: Sağ ol. Görürsən, indi nəinki Bakıda, bölgələrdə də gözəl məhkəmə binaları tikilir. Əlbəttə, Ali Məhkəmənin binası öz gözəlliyi və əzəməti ilə seçilir. Ancaq bu binalar da kifayət qədər gözəldir və müasir tələblərə cavab verir. Bütün məhkəmə işçilərini bu gözəl hadisə münasibətilə təbrik edirəm.






17 Noyabr, 2011  19:58 Baxılıb: 1170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04