Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kasprşik: "Cəbhədəki vəziyyət məni qane etmir"

"Atəşkəs pozulur, itkilər var"

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhənin Goranboy istiqamətində növbəti monitorinq keçirilib. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, Tapqaraqoyunlu kəndində keçirilən monitorinqdə ATƏT-in hazirki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Anjey Kasprşik cəbhədəki vəziyyəti şərh edib:

"Mənim qiymətim belədir ki, vəziyyət stabildir. Amma bu vəziyyət məni qane etmir. Atəşkəs pozulur, itkilər var. Düzdür, son vaxtlar itkilərin sayı azalıb. Amma demək olar ki, ciddi pozuntular yoxdur. Vəziyyət stabildir, amma o qədər yaxşı deyil".

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirib.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndirijisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas izləyib.






17 Noyabr, 2011  19:31 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner