Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AŞPA-da siyasi məhbuslar məsələsi müzakirə edilməyəcək

Səməd Seyidov: "Azərbaycana ikili standartlarla yanaşmaq əməkdaşlığa xələl gətirir" 

Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov noyabrın 17-də “Media forum” saytına açıqlama verib.

O qeyd edib ki, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar mövzusunda hər hansı müzakirə aparması gözlənilmir: “Belə müzakirə olmayacaq. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq ölkənin Avropa Şurasına girərkən üzərinə götürdüyü öhdəliklərin reallaşdırılmasına əsaslanır. Bu, ikitərəfli əməkdaşlıqdır. Biz dəfələrlə demişik ki, Azərbaycana ikili standartlarla yanaşmaq əməkdaşlığa xələl gətirir”.

S.Seyidov bildirib ki, AŞPA-nın hansısa strukturunda Azərbaycanda siyasi məhbus mövzusunda müzakirə aparılacağı haqda bəzi dairələrin dediklərinin əsası yoxdur: “Sadəcə, bu sahədə ümumən Avropa Şurasına üzv ölkələrdə olan ümumi vəziyyətə dair müzakirə keçiriləcək. Bunu əsas götürüb Azərbaycanı hədəf seçənlər öz məqsədlərinə nail ola bilməyəcəklər”.






17 Noyabr, 2011  18:06 Baxılıb: 944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner