Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«525-ci qəzet»-in 19 yaşı tamam olur

Rəşad Məcid: “Qəzetin ilk nüsxələrini “Azadlıq” meydanında mitinqçilərə payladıq”

Bu gün «525-ci qəzet»in 19 yaşı tamam olur. 1992-ci il 17 noybrda fəaliyyətə başlayan qəzet qısa müddət ərzində özünə geniş oxucu kütləsi qazandı. Yeni qəzetin maraqla qarşılanmasının bir səbəbi də məhz onun uğurlu adı idi. Başqa adla qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edən qəzetin rəhbərliyindən adın dəyişdirilməsi xahiş olunur. Uzun müzakirələrdən sonra məlum olur ki, əgər qeydiyyatdan keçsə, qəzet ölkədə 525-ci qəzet olacaq. Elə adı da buna uyğun olaraq «525-ci qəzet» qoyulur. Artıq 19 ildir ki, qəzet bu adla işıq üzü görür.

Qəzetin baş redaktoru Rəşad Məcid Simsar.az-a 19 ilin təəssüratlarını bölüşdü.


“525-ci qəzet” ölkədə ictimai-siyasi proseslərin qızışdığı vaxt işıq üzü görüb. Cəmiyyətdə siyasi qütbləşmənin kəskinləşdiyi bir dövrdə ümumi maraqlara xidmət edən, hər kəsin fikirlərinə yer verən nəşr ortaya qoymaq niyyətimizi gerçəkləşdirdik. Hesab edirəm ki, layihəmiz uğurlu oldu. Azərbaycan yeni müstəqillik qazanmışdı, SSRİ dövründən fərqli olaraq qəzet nəşr etdirmək sadələşmişdi və KİV haqqında yeni qanun qüvvəyə minmişdi. Orijinal olsun deyə, qəzetin dövlət qeydiyyatı nömrəsini qəzetin adı kimi qəbul etdik. Qəzet isə 1992-ci ildə noyabrın 17-də işıq üzü gördü. Həmin gün də “Azadlıq” meydanında mitinq keçirilirdi. Qəzetin ilk nüsxələrini də həmin mitinqdə payladıq. Biz mətbuat aləminə yeni nəfəs gətirdik” deyə, R.Məcid qeyd etdi.

Baş redaktora görə, o, çətinliklə, müəyyən itkilər bahasına mətbu orqanı siyasi cəbhələşmədən qorudu, müstəqil qəzetə çevirdi. 1997-ci ildən etibarən qəzetimiz tam müstəqil, ümumi milli maraqlara xidmət edən nəşr oldu. Siyasiləşməkdən qurtulmaq üçün ədəbiyyata üstünlük verdik. Və daha geniş ziyalı, elitar təbəqəni qazana bildik. Bu gün qəzetimizin yaşlı və gənc yazarların üzünə açıqdı. Bunu oxucular təsdiq edə bilər».

R.Məcid ən böyük nailiyyətlərdən biri kimi, qəzetin peşəkar jurnalistlər yetişdirməsini qeyd etdi: «Bizim jurnalistlər bu gün müxtəlif vəzifələrdə, şirkətlərdə çalışır. Bütün parametrlərə görə, bizim sevinməyə haqqımız çatır. Qarşımızda duran əsas məsələ yeni informasiya texnalogiyalarından yararlanaraq tirajı artırmaqdı. Satış işinin təşkilini, reklam bazarını dirçəltməyə ehtiyac var»



Qeyd edək ki, bu gün həm də www.qol.az internet portalının 3 yaşı tamam olur. R. Məcid www.qol.az-ın fəaliyyətinə də toxunub: “Bu bizim gənclərin layihəsidir. Əvvəlcə, bir qədər tərəddüdlə baxsam da, ad məsələsində mübahisələr yaransa da, hələ ki, işlər normal gedir. Hesab edirəm ki, idman mətbuatının da uğurları olacaq. Artıq rəqabət və bu rəqabətdən uğurla çıxmaq üçün işləməyə ehtiyac var”.

RUSLAN








17 Noyabr, 2011  17:08 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner