Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qaxda Heydər Əliyev Mərkəzi tikilir

Binanın təməlqoyma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Mərkəzin eskiz layihələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaqdır. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcəkdir. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcəkdir. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Qeyd olundu ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaqdır. Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcəkdir. Mərkəzdə şagirdlər Azərbaycan ədəbiyyatını və tarixini dərindən öyrənəcəklər.

Sonra Heydər Əliyev Mərkəzinin təməli qoyuldu.

Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Dövlətimizin başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.






17 Noyabr, 2011  16:43 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner