Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıya giriş yolu açılır

Yol polisi: Nəqliyyatın normal hərəkəti yaxın saatlarda bərpa olunacaq

Bakıda nəqliyyatın normal hərəkəti yaxın saatlarda bərpa olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Simsar.az-a verilən məlumata görə, “Azneft” meydanından Bakı-Ələt yolunun 14-cü kilometrliyinədək tıxac yaranıb. Hazırda bütün aidiyyəti təşkilatların nümayəndələri əraziyə cəlb edilib. Yolda aparılan kommunikasiya xətlərinin çəkilişinin tezliklə yekunlaşdırılmasına səy göstərilir. İdarədən onu da bildiriblər ki, həmin yol saat 00:00-dan bağlıdır. 

Qeyd edək ki, “Azneft” meydanından Bakının cənub çıxışı istiqamətində, Bayıl qəsəbəsinə doğru, həmçinin şəhərin mərkəzi istiqamətində giriş və çıxış bir neçə saat bağlı qalıb. Həmin ərazidə yerləşən “Dalğa Plaza”nın qarşısından yolun əks istiqamətində kommunikasiya xətlərinin çəkilməsi və Funikulyorun qarşısında yeraltı piyada keçidinin tikilməsi səbəbindən gecə saatlarında bağlanan yol hələ də açılmayıb. Bu səbəbdən şəhərə işə gələn minlərlə insan Bayıldan mərkəzə doğru bir neçə kilometr yolu piyada qət etməyə məcbur olub. Avtomobil yolları insanlarla dolu olub. Həmçinin 20-ci sahə qəsəbəsindən Bayıl qəsəbəsinədək, “Neftçilər” prospekti, “Azneft” meydanı və ətraf küçələrdə minlərlə avtomobil hərəkətsiz vəziyyətdə qalıb.






17 Noyabr, 2011  15:44 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner