Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hər boş yerə 4 namizəd

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri hesab edir ki, Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərə maraq böyükdür.

"Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 330 bələdiyyə üzrə 464 yerə 1550-dən artıq namizəd var. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Bu, seçicilərə gözəl seçim imkanı verir", - cümə axşamı Trend-ə müsahibəsində MSK sədri Məzahir Pənahov bildirib.

Pənahov hesab edir ki, sadalanan rəqəmlər seçkilərə olan marağın ən yaxşı göstəricisidir.

MSK sədri qeyd edib ki, seçkiləri izləmək üçün 3500-dək müşahidəçi qeydiyyatdan keçib.

"Nəzərə alsaq ki, 1200-dək məntəqədə səsvermə keçiriləcək, artıq hər məntəqəyə üç nəfər müşahidəçi qeydiyyata alınıb və bu proses hələ davam edəcək", - o deyib.

Seçkilərə 5 gün qalana qədər müşahidəçilər dairələrə müraciət edə bilərlər.

Pənahov qeyd edib ki, bu günədək müşahidəçiliklə bağlı bütün müraciətlər müsbət cavablandırılıb.

MSK sədri həmçinin bildirib ki, beynəlxalq müşahidəçilər bu günədək MSK-ya müraciət etməyiblər.

"Təkrar və əlavə seçkilər olduğundan, beynəlxalq qurumların nümayəndələri, ola bilsin, maraq göstərməsinlər. Lakin maraq göstərilərsə, məmnuniyyətlə lazımi şəraiti yaradacağıq", - o deyib.

Pənahov onu da bildirib ki, yaxın vaxtlarda seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesi başlayacaq.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər noyabrın 30-da keçiriləcək.






17 Noyabr, 2011  15:35 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner