Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziyafət Əsgərov: "Qaçqın ordusunu yedirtmək, yaşatmaq lazımdı"

"İstərdim müdafiə xərclərinə gedən pullar insanların sosial rifahına xərclənsin"

“Azərbaycan gənc dövlətdir, müharibə aparan ölkəyik. Ötən ilə nisbətən bizim müdafiə xərclərimiz 1,9% artıb. Etiraf edək, bu artımı kefimizdən edirik? Əlbəttə, mən də tərəfdarıyam ki, bu artıma gedən pullar vətəndaşların sosial rifahının yüksəlməsinə sərf olunsun”.

Simsar.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin komitələrinin Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb: “Ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlar üçün ev, məktəb tikir, hər cür şərait yaradırıq. Qaçqın ordusunu yedirtmək, yaşatmaq lazımdır. Beynəlxalq humanitar yardımlar da azalıb, demək olar ki, yox dərəcəsindədir. İndi biz deyirik dövlət həm müharibə aparsın, həm qaçqınları saxlasın, həm də maaşları qaldırsın. Maaş qaldırmaq elmdir. Sabah maaşları iki dəfə qaldırdıq, inflyasiya da yüksəldi. Ondan sonra deyəcəklər ki, hökumətin düzgün siyasəti olmadı deyə inflyasiya qalxdı. Dövlət çox gözəl siyasət aparır, biz işimizi bilirik. Hər il maaşlar artırılır. Ağıllı şəkildə”.

Z. Əsgərov etiraf edib ki, Azərbaycanda müəllimin, həkimin aldığı maaş qaneedici deyil: “Əlbəttə müəllim və həkim maaşının artmasını istəyir. Bu, onun hüququdur. Amma Bakıda oturan müxalifətçi iqtisadçının bunu deməsinə nə ad vermək olar? Bu, provokasiyadır. Yəni siz bu dövlətin vətəndaşını dövlət başçısından çox istəyirsiniz?”

Z. Əsgərov hesab edir ki, elmi-tədqiqat institutlarına ayrılan vəsaitin artırılmasına ehtiyac var.






16 Noyabr, 2011  19:22 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner