Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hansı yol qəzaları olub?

Baş DövlətYol Polisi İdarəsi məlumat yayıb

Simsar.az-ın idarənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 23:30 radələrində Bakı-Qazax yolunun paytaxtın Qaradağ rayonundan keçən 46-cı km-də Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Camalxanov Elxan İdris oğlu idarə etdiyi “Hyundai-Sonata” markalı, 90-AR-902 dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri istiqamətində yolun kənarındakı reklam şitinin dirəyinə vurub, zərbədən avtomobildə yanğın baş verib. Qəza nəticəsində sürücü hadisə yerində ölüb, yanğın söndürüldükdən sonra avtomobildə şəxsiyyəti məlum olmayan yanmış kişi meyiti aşkar edilib.



Digər hadisə isə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən 125,8-ci kilometrliyində qeydə alınıb. Biləsuvar rayon sakini, 1959-cu il təvəllüdlü Abbasov Ələddin Mirzağa oğlunun Quba rayonu istiqamətində idarə etdiyi “Mercedes-1840LS” markalı 10-JT-970 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan Şabran rayon sakini, 1951-ci il təvəllüdlü Həşimov Abduləziz Abdurəşidoviçin idarə etdiyi “Tofaş” markalı, 10-UM-474 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “Tofaş” markalı avtomobilin sürücüsü və sərnişini, 1977-ci il təvəllüdlü Şabran rayon sakini Məstanov Ramin Səttar oğlu çatdırıldıqları xəstəxanada ölüblər.

Qeyd edək ki, qəzada ölən E.Camalxanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri olduğu bildirilir.






16 Noyabr, 2011  17:00 Baxılıb: 1052 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner