Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rafiq Əliyevə 105 minlik dəstək

"Bu haqsızlığa etiraz edirik"

"Facebook" sosial şəbəkəsində Azərbaycan dilli ən böyük səhifə olan "Azərbaycan" səhifəsindən akademik Rafiq Əliyeva dəstək gəlib. Simsar.az saytı azxeber.com-a istinadən xəbər verir ki,  105 mindən çox üzvü olan səhifədə bu sözlər yazılıb: "Rafiq Əliyev: "Auditoriyaya girəndə tələbələrimə deyirəm ki ayağa qalxmayın, bir az qul təfəkküründən AZAD OLUN!"

Rafiq Əliyevə edilən haqsızlığa siz də etiraz edir və akademikimizə mənəvi dəstək olmaq istəyirsinizsə bu şəkli profil şəkli edək".

Bundan başqa səhifədə akademikə dəstək statusu da yazılıb: "Akademik Rafiq Əliyev də bir dəyərdir və onun bu gün ictimai dəstəyə ehtiyacı var. Biz qədir bilən bir xalqıq və dəyərlərimizi qorumağı bilməliyik! Bu haqsızlığa etiraz edirik!"

Bu statuslara səhifə üzvləri də dəstək veriblər.

Xatırladaq ki, akademik Rafiq Əliyev kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft Akademiyasından işdən çıxarılıb. Akademikin Ziyalılar Forumunda təmsil olunması ADNA rəhbərliyini narazı salıb. Noyabrın 4-də Ziyalılar Forumunun təşkil etdiyi və ölkədəki ictimai-siyasi durumun ciddi tənqidi ruhunda keçən tədbirə onun aparıcılıq etməsi isə narazılığı pik həddə çatdırıb. Bununla da akademikin işdən çıxarılması haqda qərar verilib.






16 Noyabr, 2011  14:59 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner