Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fəlsəfə və elmlər doktorlarına güzəşt

Onlar əsgərliyə getməyəcək

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna dəyişikliklər edilib.


Simsar.Az-ın verdiyi xəbərə əsasən, dəyişikliklər Qanunun 21-ci maddəsinə - “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə və müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar” edilib.

Buna əsasən, dinc dövrdə aşağıdakı çağırışçılar sırasından müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi alan vətəndaşlar; səhhətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış çağırışçılar; nativ xidmət (əmək mükəlləfiyyətli) keçməyə göndərilmiş çağırışçılar;

35 yaşı tamam olana qədər müxtəlif səbəblər üzündən müddətli həqiqi və ya nativ xidmət keçməyən çağırışçılar; ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzaya məhkum olunmuş vətəndaşlar; Azərbaycan Respublikasında (habelə keçmiş SSRİ-də) həqiqi hərbi xidmət keçmiş vətəndaşlar; Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman).

Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar:

İctimai işlər, islah işləri və azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşlar; əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud, məhkumluğu ödənilməmiş vətəndaşlar; barəsində cinayət işi üzrə təhqiqat və ya istintaq aparılan, yaxud, barəsində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar.






15 Noyabr, 2011  19:58 Baxılıb: 1237 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner