Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

CƏLAL ALLAHVERDİYEV TƏKZİB ETDİ

Akademik: “Ziyalılar Forumu layiqli qurumdur”

Bir qrup akademik və professorun adından Ziyalılar Forumuna qarşı bəyanatda adı keçən akademik Cəlal Allahverdiyev “Yeni Müsavat”a verdiyi açıqlamasında bu bəyanatla bağlı iradları olduğunu dedi.


Akademik söylədi ki, dünən universitet rəhbərliyi ona da bu müraciətə imza atmağı təklif edib: “Mənə öncə dedilər ki, dövlətçiliklə bağlı bəyanatdır. Mən ora imza atmağa etiraz etmədim. Mənə deyilən bəyanata ən son imza atan da mən olmuşam. Söhbət dövlətçilikdən, Qarabağdan gedirsə, biz hamımız eyni mövqedə olmalıyıq. Amma sonra biləndə ki, bu bəyanatda digər məqamlar da var, mən onlara iradımı bildirdim. Mən Ziyalılar Forumuna qarşı hissə ilə razı deyiləm. Yalnız onunla razıyam ki, bəli, bizim 20 faiz torpağımız işğal edilib, bizim Qarabağ problemimiz var. Ziyalılar Forumunda olan insanları tanıyıram, oradakı insanlara hörmətim var. Mən siyasətçi deyiləm, amma mən də bilirəm ki, xalqın durumu yaxşı deyil. Bunu demək olmaz? Ziyalılar Forumu layiqli bir qurumdur”.

C.Allahverdiyev dedi ki, bəyanata ondan başqa kimlərin imza atması ona bir məlumat verilməyib: “Heç mənə indi də bəlli deyil ki, o siyahıda kimlərin adı var. Sizdən eşitdim ki, Fikrət Əliyev də o siyahıda yer alır. Fikrət Əliyevi gətirib akademik ediblər, onun nə bir elmi, ixtirası var ki, akademik olsun? Mənim bu bəyanata iradım var, bunu özlərinə də dedim. Mən yalnız orada dövlətçiliyimizə aid olan məsələlərlə razıyam, Ziyalılar Forumuna qarşı ittihamları qəbul etmirəm”.
Qeyd edək ki, bir qədər öncə professor Qulu Məhərrəmi də bəyanatda adının olmasına etiraz edib. Professor ona başqa sənədə imza atdırıldığını deyib və yaxın saatlarda məsələ ilə bağlı bəyanat verəcəyini deyib.






15 Noyabr, 2011  19:40 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner