Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Lütfi Zadə Siyavuş Qarayevə məktubunda nə yazıb?

“Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması onun insan haqlarına görə hakimiyyəti tənqid etməsi ilə əlaqədardır"

“Turan” agentliyi Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadənin professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən azad olunması ilə əlaqədar bu akademiyanın rektoru Siyavuş Qarayevə yazdığı məktubun mətnini açıqlayıb.

Lütfi Zadə məktubu Rafiq Əliyevin işdən çıxarıldığını eşidəndən dərhal sonra, noyabrın 9-da yazıb.

Məktubda deyilir: “Mən eşitdim ki, professor Rafiq Əliyev sizin akademiyanın kafedra rəhbəri vəzifəsindən azad edilib. Buna inanmaq çətindir”.

Lütfi Zadə vurğulayıb ki, Rafiq Əliyev dünya miqyaslı alimdir: “Mən professor Əliyevin işinin gələcəkdə Nobel mükafatına namizəd irəli sürüləcəyini gözləyirəm”.

Daha sonra məktubda bildirilir: “Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması onun insan haqlarına görə hakimiyyəti tənqid etməsi ilə əlaqədardır. Mən tez-tez müxtəlif texniki problemlərlə əlaqədar Əliyevlə telefonla danışıram. Diskussiyalar zamanı insan haqları məsələsinə heç vaxt toxunulmayıb”.

Lütfi Zadə Siyavuş Qarayevə məktubunda qeyd edib ki, o, Rafiq Əliyevin büsbütün elmlə məşğul olduğunu düşünür: “Ümidvaram ki, o öz vəzifəsinə bərpa olunacaq və Azərbaycanda elmin inkişafına yardımını davam etdirəcək.

Prezident İlham Əliyevin və mənim hörmətli dostum, nazir Əli Abbasovun (rabitə və informasiya texnologiyaları naziri - red.) rəhbərliyi ilə Azərbaycanı işıqlı gələcək gözləyir”.






15 Noyabr, 2011  19:40 Baxılıb: 954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner