Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AKADEMİK CƏLAL ALLAHVERDİYEV DÜNƏN MÜDAFİƏ ETDİYİNİ, BU GÜN ARXADAN “VURDU”

“Ləyaqəti olan adam Rafiq Əliyevin tərəfini saxlamalıdır” – deyən akademik həmkarının əleyhinə olan bəyanata imza atdı

Akademik Rafiq Əliyevin işdən çıxarılması ilə əlaqədar onu müdafiə edənlərlə əleyhinə olanların qarşıdurması başlayıb. Dünən Bakı Dövlət Universitetinin 245 müəllimi Ziyaylılar Forumuna qarşı bəyanat qəbul edib. Bəyanatın ümumi ruhu ondan ibarətdir ki, Ziyalılar Forumu milli dövlətçiliyə xidmət etmir: “Biz “Ziyalılar forumu”nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik. Uğurlarımız artdıqca, bizə qarşı yönələn təxribatların reallaşması üçün ziyalılardan istifadə olunmasını qəbul etmirik. Ümumiyyətlə, forma xatirinə forum formalaşmamalıdır. Azərbaycanın hər hansı forum olmadan da aydın mövqeyi, açıq fikri, təəssübkeş qəlbi olan ziyalıları kifayət qədərdir. Tarix göstərib ki, milli maraqlara əsaslanmayan yol heç bir dövlətə şərəf, heç bir xalqa xoşbəxtlik gətirməyib”.

Bəyanatı imzalayanlar arasında bir neçə gün öncə Rafiq Əliyevi müdafiə edən akademik Cəlal Allahverdiyevin də imzası var. AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, akademik Cəlal Allahverdiyev bir neçə gün öncə “Yeni Müsavat”a açıqlamasında deyib: “Rafiq Əliyev qabiliyyətli və ləyaqətli adamdır. Elm sahəsində də çox iş görüb. Onun üstünə niyə düşürlər? Elmi və ləyaqəti Rafiqdən çox-çox az olan adamlar ondan çox yuxarı vəzifələri tuturlar. Niyə cəmiyyət ona yol verir? Bizim xalqımız öz layiqli adamlarına qiymət vermir. Layiq olmayanları isə yuxarı qaldırır. Ziyalılar niyə etiraz etmirlər ki? Kimdir onların etirazına, sözünə qulaq asan? Ləyaqəti olan adam ya onun tərəfini saxlamalıdır, ya da...”.

Dünən yayılan bəyanatda isə C.Allahverdiyevin fikirlərinin tam əksi yer alıb buna baxmayaraq o Ziyalılar Formuna qarşı bəyanata imza atıb.

Arifə






15 Noyabr, 2011  18:58 Baxılıb: 1345 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner