Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan “Eurovision-2012” yarışmasına tam hazırdı

Taleb Rifai: “İnanıram ki, Bakıya gələn hər insan Azərbaycana mənim kimi heyran olacaq”

Azərbaycanda ilk dəfə səfərdə olan Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Simsar.az-ın məlumatına görə, Əbülfəs Qarayev Azərbaycan hökuməti və turizm ictimaiyyəti adından qonağı salamlayaraq, ölkəmizə səfər etdiyinə görə ona təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün səhər saatlarında Bakıya gələn Taleb Rifaini ilk olaraq prezident İlham Əliyev qəbul edib və görüşdə Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında geniş əməkdaşlığın perspektivləri müzakirə olunub. Ə. Qarayev Taleb Rifainin Bakıda keçirəcəyi görüşlərindən sonra əməkdaşlığın daha da sıx olacağına ümid bəslədiyini deyib.

Taleb Rifai də öz növbəsində Azərbaycana səfər etməkdən, rəsmi görüşlərlə yanaşı, dostlarla da görüşməkdən şad olduğunu söyləyib. O bildirib ki, Azərbaycan 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir.

Baş katib ölkə başçısı İlham Əliyevlə olan görüşü barədə də danışıb: “Cənab prezidentə Azərbaycanın milli və beynəlxalq turizminin inkişafına göstərdiyi dəstəyə görə təşəkkürümü bildirdim. Son bir neçə ildə Azərbaycan turizm dünyasında çox böyük bir yer tutmağa başlayıb. Bu, elə bir nailiyyətlərdir ki, biz beynəlxalq turizm təşkilatı olaraq Azərbaycana daimi kömək və dəstək göstərməyə hazırıq. 2011-ci ilin ilk 6 ayında olan nailiyyətlər də çox gözəldir. Azərbaycanda turizm sahəsində artım demək olar ki, 15 faizə çatıb. Dünyanın bir çox ölkələrində turizm sahəsində böhran yaşanılsa da, burda o baxımdan nəticələr yaxşıdır. Ümidvarıq ki, 2012-ci ildə də bu nailiyyət və artım davam edəcək. Çünki bildiyimiz kimi, Azərbaycan 2012-ci ildə bir neçə mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Onların sırasında ilk öncə “Eurovision-2012” durur. Ondan da əlavə beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirilməsi gözlənilir. Cənab prezidenti əmin etdim ki, beynəlxalq turizm təşkilatı Azərbaycanın bu nailiyyətlərinə hər bir dəstəyi göstərəcək”.


ÜTT baş katibi “Eurovision-2012” yarışmasına ev sahibliyi etməyin Azərbaycan üçün bilavasitə reklam olduğunu qeyd edib: “Bu il Azərbaycan “Eurovision” müsabiqəsində qalib gələndə çox insan ölkəniz haqqında ilk dəfə eşidirdi. Bu il siz dünyanın diqqətini özünüzə cəlb etdiniz və gələn il dünyanın buraya gəlib bilavasitə sizinlə tanış olmasına şərait yaradacaqsınız. İnanıram ki, Bakıya gələn hər insan Azərbaycana mənim kimi heyran olacaq”.

RAMİL






15 Noyabr, 2011  18:39 Baxılıb: 919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner