Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

GÜLƏR ƏHMƏDOVA ƏVƏZ ZEYNALLI OLAYINDAN SONRA İLK DƏFƏ GÖRÜNDÜ

“Əvəz Zeynallı başa düşür ki, mənimlə təkbətək, qalanda ortada konkret faktlar var və o faktlara cavab verməlidi”

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədə-qorxu tətbiq olunmaqla rüşvət almada ittiham olunaraq oktyabrın 28-də həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinin əsas səbəbkarlarından biri Milli Məclisin deputatı Gülər Əhmədova barəsindəki ittihamlara nəhayət cavab verdi.
Baş verən olaya 15 gündən sonra münasibət bildirən G.Əhmədova Modern.az saytına açıqlamasında Ə.Zeynallı barədə “ortada konkret faktlar var, Əvəz Zeynallı onlarla bağlı cavab verməlidir” deyib: “Əvəz Zeynallı başa düşür ki, mənimlə təkbətək, qalanda ortada konkret faktlar var və o faktlara cavab verməlidi. Məsələni böyütməklə, qloballaşdırmaqla, onu gətirib Prezident səviyyəsinə çıxarmaqla çalışır ki, özünə beynəlxalq təşkilatlardan dəstək alsın".

G.Əhmədova deyib ki, onun çox məsələlərən xəbəri var:
“Mənim çox şeylərdən xəbərim var. İnşallah onların hamısını deyəcəm. Beynəlxalq təşkilatların nə xəbəri var ki, hansı qəzet nə qədər tirajla buraxılır, kim kimdi, hansı qəzeti oxuyurlar, hansı qəzeti oxumurlar. İki hüquq müdafiəçisi çıxıb deyəndə ki, "bu adam siyasi gündəmi dəyişə bilərdi, buna təzyiqi ölkənin Prezidenti edir" beynəlxalq təşkilatlar da inanırlar ki, yəqin belədir. Bu qurulmuş bir işdi, bunun da üstü açılacaq".

"Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.






15 Noyabr, 2011  18:12 Baxılıb: 1078 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner