Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyə alimləri İlham Əliyevə müraciət etdi

Rafiq Əliyev işinə bərpa olunsun    

Türkiyədə fəaliyyət göstərən akademiklər Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Rafiq Əliyevin kafedra müdirliyindən çıxarılmasını pisləyən bəyanat veriblər. Bəyanar Azərbaycan Respublikasının preidenti İlham Əliyevə ünvanlanıb.
Bəyanatda bildirilir ki, Aəzrbaycanın və dünyanın tanınmış elm adamı, professor Rafiq Əliyev Neft Akademiyasında qurucusu olduğu "Avtomatlaşdırılmış idarəetmə
sistemləri" kafedrasının müdiri vəzifəsindən çıxarılması kədərlə qarşılanıb: “Vəziyyətdən xəbərdar olan Alimlər Birliyi üzvləri bu addımı təəccüblə qarşılamışlar. Çünki professor Rafiq Əliyev dünyada olduğu kimi Türkiyədə də dədə hesab olunan və izlənilən qiymətli bir elm adamıdır. Rafiq Əliyevin 60 kitabından 48-i xaricdə dərc olunub".

Bəyanatda Rafiq Əliyevin Corciya Dövlət Universitetinin (ABŞ), Tebriz Universitetinin (İran) və Zigen Universitetinin (Almaniya) professoru olması qeyd olunur: "O, tək Azərbaycanın deyil, bütün türk dünyasının elmini dünyaya yaymaqdadır. Rafiq Əliyev Dünyada tanınmış nadir elm adamlarımızdandır.

Biz Alimlər Birliyi olaraq professor Rafiq Əliyevin bu yanlış rəftara layiq olmadığını düşünür və Azərbaycan Respublikasının prezidenti hörmətli İlham Əliyevdən vəziyyətə müdaxilə edərək, onun vəzifəsinə qaytarılmasının təmin edilməsini hörmətlərimizlə ifadə edirik.

Bəyanatı Türkiyə Alimlər Birliyinin rəhbəri Şükrü Koç imzalayıb.






14 Noyabr, 2011  18:47 Baxılıb: 990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner