Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

FHN iki il öncə tikdiyi evləri yenidən təmir etdirir

Telişli qəsəbəsindəki evlər bərbad gündədi

Fövqaladə Hallar Nazirliyi və İmişli rayon İcra Hakimiyyəti İmişli rayonunda Kür daşqınları ilə bağlı yeni salınmış Telişli qəsəbəsində tikintisi zamanı nöqsanlara yol verilmiş evlərin təmirinə başlayıblar.
Bu barədə Simsar.az-a “Kür” Vətəndaş Qərargahından məlumat verilib.
Telişli qəsəbəsinin sakinləri bildiriblər ki, təmir işlərinə start verilib.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvləri yerli sakinlərin iştirakı ilə bir müddət öncə Telişli kəndində salınmış yeni qəsəbədəki evlərə baxış zamanı evlərin tikilişində ciddi qüsurların olduğunu üzə çıxarıblar.
Məlum olub ki, yeni tikilməsinə baxmayaraq evlərin bir çoxunda problemlər yaşanır. Bir çox evlərin pilləkənlərində, aynəbənd və döşəmələrdə çatların əmələ gəlməsi, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Bəzi evlərin tavanına vurulan alçıbanlar qopub yerə tökülüb.
Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir.
Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur.
Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar ya köhnə kustar usulundan istifadə edib sobalar vasitəsi ilə evi qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir.
Qəsəbədə yaşayan yaşlı sakinlərin şikayəti isə ondan ibarətdir ki, pilləkənlərə (bəzi pilləkənlər 7 daş hündürlüyündədir) əl tutan (qoltuk, məhcər) qoyulmadığından evə düşüb qalxmağa çətinlik çəkirlər.
İmişli rayonunun Telişli kəndində salınmış yeni qəsəbədəki mövcud problemlər və onların həlli ilə bağlı “Kür” Qərargahı Fövqaladə Hallar Nazirliyinə müraciət etmiş və bu yaxınlarda Qərargah nümayəndələrinin FHN rəhbərliyi ilə keçirilən görüşdə məsələ müzakirəyə çıxarıblar. FHN nümayəndələri problemin araşdırılıb həll ediləcəyini bildirib.

RAMİL






14 Noyabr, 2011  16:59 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner