Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İstirahət günləri anomal hava gözlənilir

Bəzi rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq

Bakı və Abşeron yarımadasında noyabrın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində güclü olacaq. Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və gündüz 5-8, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək.

Noyabrın 13-də hava buludlu, gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 12-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-2 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 13-14-də bölgələrdə əsasən gecə və axşam arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Güclü şimal-qərb küləyi 13-də gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz
2-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək.






11 Noyabr, 2011  17:51 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner