Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziyafət Əsgərov: “Əmiqızı, dayıqızı ilə evlənmək olmaz!”

Yeni ailə quranlar məcburi tibbi yoxlamadan keçirilə bilərlər

Elə kəndlər var ki, bir tayfanın üzvləri başqa tayfadan qız ala bilməz. Simsar.az-ın verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.

O deyib ki, ali savadı olan insanlar belə bəzən əmiqızı, dayıqızı ilə evlənirlər: “Sonra da şikəst uşaqları dünyaya gəlir və dövlətə üz tuturlar ki, uşaq üçün vəsait ayırın. Sən savadlı insansan, axı bilməlisən ki, əmiqızı, dayıqızı ilə evlənmək olmaz!”.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda bu kimi hallara həssas yanaşılmalıdır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ailə Məcəlləsinə dəyişiklik layihəsində yeni ailə quran gənclərin tibbi yoxlamadan keçirilməsi təklif olunur: “Müxtəlif təkliflər var. Birinci təklif odur ki, bu, könüllü olsun. Ancaq yeni ailə quran gənclərin məcburən tibbi yoxlamadan keçməsini təklif edənlər də var. Hələ ki, bu məsələ ilə bağlı konkret rəyə gəlinməyb”.






11 Noyabr, 2011  17:03 Baxılıb: 1199 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner