Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DEKAN RAFİQ ƏLİYEV BARƏDƏ AÇIQLAMA VERDİ

ADNA-nın prorektoru: “Onun vəzifəsindən azad olunmasında heç bir siyasi məqsəd güdülməyib”

“Rafiq Əliyev istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyevin təqdimatı ilə işdən azad olunub. Dekanın təqdimatında göstərilir ki, Rafiq müəllim son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb. Hətta bu yaxınlarda kafedranın bir dosentinə əmək intizamının pozulmasına görə töhmət də verilib. Dekanın təqdimatında qeyd olunub ki, Rafiq Əliyev kafedrada qeyri-işgüzar şərait yaradıb”.

Bunu Azərbaycan Dövlət Neft Akademiyasının tərbiyəvi işlər üzrə prorektoru Qasım Məmmədov «Media forum» saytına müsahibəsində bildirib.
Q.Məmmədova görə, R.Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasında heç bir siyasi məqsəd güdülməyib, onun ictimai-siyasi mövqeyi bu məsələdə heç bir rol oynamayıb. Rafiq Əliyevin işdən azad olunması qanun çərçivəsində atılmış addımdır.

“Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasını Neft Akademiyası üçün itki hesab edirsinizmi” sualına cavab olaraq Q.Məmmədov deyib ki, Rafiq müəllim özü professor kimi maaşın kafedra müdirinin məvacibindən yüksək olduğunu vurğulayaraq kafedra müdiri olduğuna görə maaşından müəyyən qədər itirməsindən şikayətlənib.

RAMİL






11 Noyabr, 2011  17:02 Baxılıb: 1118 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner