Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan məhsulları standartlara cavab vermir

Ramiz Həsənov: "Çalışırıq yeyinti sahəsində çox ciddi standartlar qəbul edək"

Azərbaycanda cari ildə 100-dən çox standart qəbul olunub.

Simsar.az-ın verdiyi xəbərə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə bildirib.

O deyib: "Keçmiş SSRİ dövründən olan standartları biz mərhələ-mərhələ Avropa standartlarına uyğunlaşdırırıq. Ümumilikdə ölkədə bir neçə mindən artıq standart mövcuddur. Avropa standartlarını birdəfəlik tətbiq edilməməsinin səbəbi bəzi sahələrin buna hazır olmamasıdır".

Komitə sədri bildirib ki, ölkə sənayesi Avropa standartlarının qəbuluna mərhələlərlə hazırlanmalıdır. Onun sözlərinə görə, komitə əsasən insan sağlamlığı ilə bağlı standartların uyğunlaşdırılmasına daha ciddi yanaşır. Eyni zamanda, keçmiş SSRİ-də QOST standartları çox ciddi idi. Biz onları nəzərdən keçiririk və Avropa standartlara uyğunlaşdırırıq".

R.Həsənov vurğulayıb ki, Azərbaycandan məhsulların Avropaya ixracı üçün bu standartlara cavab verməlidir. Çalışırıq ki, yeyinti sahəsində çox ciddi standartlar qəbul edək ki, məhsullar Avropaya ixrac olunsun.






11 Noyabr, 2011  16:42 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner