Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik jurnalistlər üşün müsabiqə elan etdi

Rabitə və İnformasıya Texnologiyaları Nazirliyinə KİVDF dəstək verir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) Azərbaycan rabitəsinin yaranmasının 130 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

KİVDF-dən Lent.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqənin mövzuları aşağıdakılardır:

- Medianın inkişafında İKT-nin rolu
- Azərbaycan telekommunikasiyası inkişaf yolunda
- Azərbaycanda İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin təminatı
- Azərbaycan poçtunun dünəni və bugünü
- Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökуmət
- Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri
- Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək


Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Yazıda “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (Times New Roman şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır.

Yazılar şəxsən noyabrın 5-dən dekabrın 1-dək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır. Tələb olunan sənədlər aşağıdakılardır:

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.
2. Şəxsi VÖEN və surəti.
3. Şəxsi bank rekvizitləri.
4. Şəxsiyyət vəsiqəsi və surəti

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılmasına gəlincə, I yerin qalibinə 1000 manat, II yerin qalibinə 800 manat, III yerin qalibinə 600 manat mükafat veriləcək. Həvəsləndirici mükafat isə 300 manatdır. Qaliblər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə də təltif olunacaqlar.






10 Noyabr, 2011  19:42 Baxılıb: 1035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner