Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QAT Rafiq Əliyevin müdafisəinə qalxdı

"Rafiq Əliyevə qarşı təzyiqlərə dərhal son qoyulmalı, işinə bərpa edilməli və onun imkanlarından dövlət və cəmiyyətimiz üçün daha geniş miqyasda istifadə olunmalıdır"

Qarabağ Azadlıq Təşkilatı (QAT) dünya şöhrətli alim Rafiq Əliyevə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir.

Bu barədə Simsar.az-a QAT-dan məlumat verilib. Bildirilib ki, bu addımın heç bir məntiqi yoxdur və dövlətin imicinə ağır zərbə vurur. Rafiq Əliyev kimi adamları incitmək, sıxışdırıb kənara atmaq deyil, onlardan dövlətçiliyin ümumi maraqları naminə ən müxtəlif istiqamətlərdə istifadə olunmalıdır.

Məlumatda deyilir: "Azərbaycan dövlətinə, hakimiyyətinə və xalqına ikiüzlü, yaltaq, riyakar, konyukturaya uyğun mövqeyini dəyişən yalançı “ziyalılar” deyil, Rafiq Əliyev kimi sözün düzünü deyən, milli maraqları düşünən, bir sifəti olan insanlar gərəkdir. Rafiq Əliyev ölkədə demokratik proseslərin inkişafına, ədalətli cəmiyyətin formalaşmasına, elmin və təhsilin tərəqqisinə öz payını verə bilər. Dünyanın elm aləmində tanınan alimin imkanlarından Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması üçün də istifadə etmək olardı. Rafiq müəllim Qarabağ bölgəsindəndir, onun da ata yurdu düşmən tapdağı altındadır. O, Qarabağ yanğısı ilə yaşayır və bir ziyalı kimi torpaqlarımızın işğaldan azad olunması yolunda çalışır. Hesab edirik ki, Rafiq Əliyevə qarşı təzyiqlərə dərhal son qoyulmalı, işinə bərpa edilməli və onun imkanlarından dövlət və cəmiyyətimiz üçün daha geniş miqyasda istifadə olunmalıdır".






10 Noyabr, 2011  19:08 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner