Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda pulsuz diabet müayinəsi aparılacaq

“Park Bulvar” da keçiriləcək tədbirdə qlükometrlər və digər hədiyyələr udmaq şansı olacaq

Ümumdünya Diabet Günü münasibətilə noyabrın 12-də, saat 15.00-da “Park Bulvar” alışveriş mərkəzinin I mərtəbəsində (sol qanadında) keçiriləcək “Diabet və onun yaranma səbəblərinə qarşı xəbərdarlıq” adlı tədbirdə insanlar pulsuz müayinə olunacaq.

Azərbaycan Diabet Liqasının təşkilat komitəsindən Simsar.az-a verilən məlumata görə, saat 14.00-dan 21.00-dək pulsuz tibbi müayinə vasitəsilə insanların diabetin hansı risk qrupuna aid olduqları müəyyən ediləcək.

Burada insanlar həmçinin daha dərin müayinə məqsədi ilə Respublika Endokrinoloji Mərkəzdə pulsuz müayinəyə göndəriş almaq və Roche firmasının Accu-chek Active qlükometrləri, digər hədiyyələr udmaq şansı qazanacaqlar. İştirakçılar həmçinin necə qidalanmaq lazımdır, diabet nədir, xəstəlikdən necə qorunmalı, xəstələndikdə nə etməli suallarına cavab tapa biləcəklər.

Rəsmi açılışdan sonra müğənnilərin iştirakı ilə konsert olacaq.

RUSLAN






10 Noyabr, 2011  19:02 Baxılıb: 1168 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner