Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

19 hərbiçi cəzalandırılıb

Onlar 3 əsgərin xəstəlikdən ölməsində günahlandırılır

Azərbaycan Ordusunda 3 əsgərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar Müdafiə Nazirliyi ciddi tədbirlər həyata keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-nın sorğusuna cavabında bildirib ki, hər hansı hadisə baş verdikdə müdafiə nazirinin göstərişinə əsasən, dərhal araşdırma başlayır, araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görülür, təqsirkar şəxslər intizam məsuliyyətinə cəlb olunurlar: “Günahkar şəxslərin hərəkətlərində cinayət xarakterli əməllərin olmasını isə Hərbi Prokurorluq araşdırır. Üç əsgərin xəstəlikdən vəfat etməsi məsələsinə gəldikdə, bununla da bağlı olaraq müdafiə nazirinin müvafiq əmri olub. Həmin əmrə əsasən, ali rütbəli vəzifəli şəxslərdən tutmuş kiçik rütbəli zabitlərə qədər 19 hərbi qulluqçu cəzalandırılıb. Onlardan 3-nə töhmət, 2-nə şiddətli töhmət verilib. 6 nəfərə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq elan edilib. 4 nəfərin rütbəsi bir pilə aşağı salınıb, daha 4 nəfər isə tutduğu vəzifədən azad edilib. Bir daha belə halların təkrarlanmaması üçün əmrdə xüsusi müddəalar da yer alıb”.

Qeyd edək ki, Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər. Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.






10 Noyabr, 2011  17:06 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner