Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Macarıstan prezidentinə görə yollarda hazırlıq

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Simsar.az-a verdiyi məlumata görə, qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə bu gün saat 16.00-dan Aeroport şossesi, Heydər Əliyev, Azadlıq prospektləri, 20-ci zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi və Badamdar qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.

Noyabrın 11-i saat 08.00-dan 19.00-dək isə “Azneft” meydanı, Neftçilər prospekti, Yusif Səfərov, Niyazi küçələri, Heydər Əliyev prospekti, Aeroport şossesi və Şəhidlər Xiyabanı istiqamətində nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

V. Əsədov sürücüləri adıçəkilən yollardan mümkün qədər az istifadə etməyə, paytaxt sakinlərini mümkün qədər ictimai nəqliyyata üstünlük verməyə çağırıb.

Qeyd edək ki, P. Şmit Azərbaycana bu gün gələcək, səfər noyabrın 12-dək davam edəcək.






10 Noyabr, 2011  16:51 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner