Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səttar Möhbalıyev açıq danışdı

“Açıq danışaq, 120-130 manat maaş alan müəllim 4 nəfərdən ibarət ailəsini necə saxlasın?"

Azərbaycanda müəllimlərin və həkimlərin əməkhaqlarının aşağı olması məsələsi yenidən gündəmə gətirilib. Simsar.az saytın xəbər verir ki, noyabrın 4-də Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin 2012-ci ilin büdcə layihəsinin müzakirə olunduğu birgə iclasında millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev problemi səsləndirib. Deputat vurğulayıb ki, Azərbaycanda təhsil və səhiyyə işçilərinin maaşları çox aşağıdır, bu isə korrupsiya və rüşvətxorliğa yol açır.

“Açıq danışaq, 120-130 manat maaş alan müəllim 4 nəfərdən ibarət ailəsini necə saxlasın”deyə S.Möhbalıyev iclasda vurğulayıb.

Deputat bildidb ki, məsələnin ciddiliyi nəzərə alınmalı və müvafiq tədbirlər görülməlidir. O, təhsil və səhiyyə işçilərinin maaşlarının mütləq qaldırılmalı olduğunu qeyd edib.

Modern.az xatırladır ki, Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanmalıdır.

Bu il aprelin 20-də imzalanan sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

"Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir"-deyə sərəncamda qeyd edilib.

Amma həmin sənədin hazırlanıb-hazırlanmadığın barədə ictimaiyyətə məlumat verilmir. Amma Nazirlər Kabinetinin rəsmiləri bu barədə danışmaqdan yayınırlar.

Gözlənilir ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəlimlərin və həkimlərin maaşları da artırılacaq.

İndi ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.






4 Noyabr, 2011  19:59 Baxılıb: 1422 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner