Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QURBAN-QƏTLİAM YOXSA, ALLAHIN SÜNNƏTİ?

Hacı Rövşən Məmmədov: “Əlbəttə ki, övlad başını kəsmək günah və səhv iş olub. Amma bu həm də bir sınaq idi”  

Noyabrın 6-7-si Azərbaycanda ən müqəddəs bayramlarından biri- Qurban bayramı qeyd olunacaq.
Qurban bayramının öz şərtləri olsa da, heç də hər kəs bu şərtlərə tam əməl edə bilmir. Və ya qurbanlığın şərtləri barədə az məlumatlıdırlar.

Tanınmış ilahiyyatçı Hacı Rövşən Məmmədov Simsar.az-a Qurban bayramının şərtlərini açıqlayıb.

Onun sözlərinə görə, Qurban Bayramında sağlam heyvan – qoç, dana, dəvə kəsmək olar. Azərbaycanda daha çox qoç kəsirlər ki, bu da Allah təalanın İbrahim Peyğəmbər oğlu İsmayıl Peyğəmbəri qurban verərkən məhz yerə qoç göndərməsilə bağlıdır. “İbrahim Peyğəmbərin övladı olmurmuş. Əhd edir ki, övladı olsa, ən dəyərli şeyini Allaha qurban verəcək. Misir hökmdarı İbrahim Peyğəmbərə Həcər adlı kəniz bağışlayır. Kənizdən bir oğlu olu və adını İsmayıl qoyur. Oğlunun 7-8 yaşı olanda İbrahim Peyğəmbər hər gün yuxusunda “ən çox sevdiyin şeyi niyə qurban vermirsən” sözlərini eşidir. Allahın qəzəbinə tuş gələcəyindən ehtiyat edən İbrahim Peyğəmbər gözünün ağı-qarası olan İsmayılı meşəyə aparır. Orada oğluna vəziyyəti başa salır. 7-8 yaşlı İsmayıl atasına “əgər Allahın buyruğudursa, buyur” deyir. İbrahim Peyğəmbər xəncərini itiləyib oğlunun başına çəkmək istəyəndə Allah ona qoç göndərir ki, oğlunu qurban verməsin. Əlbəttə ki, övlad başını kəsmək günah və səhv iş olub. Amma bu həm də bir sınaq idi. O gündən bəri hər il Allaha qurban kəsilir”.

İlahiyyətçi alimə görə, qurban ətinin paylanması mexanizmə zaman və şəraitə görə dəyişib: “Peyğəmbər (s) buyurub ki, isti aylarda qurban əti dağıdılsın. Soyuq aqlarda isə əti saxlamaq olar. İndi isə soyuducular var deyə, kəsilən qurbanlıq qoyunun yarı ətini də soyuducuda saxlamaq olur. Amma kasıb-füqaraya, ehtiyacı olanlara pay verilməsi mütləqdir. Bu həm də insanilik baxımından vacibdir. Sədəqəni hətta varlı adama da vermək lazımdır ki, yaxşılığın, əlaçıqlığın nə olduğunu bilsin. Bir gün əshabələri Peyğəmbərə (s) deyirlər ki, kəsdikləri Qurbandan bir pay özlərinə saxlayıblar, qalanlarını isə paylayıblar. Peyğəmbər (s) isə qeyd edib ki, əslində payladığınız paylar da sizin özünüzə qalır. Söhbət payın savabından gedir. Məhəmmədin (s) babası da oğlunu, yəni peyğəmbərimizin atasını Allaha qurban deyibmiş. Amma Allah buna icazə verməyib. Peyğəmbər hədislərinin birində iki qurbanın övladı olduğunu deyir”.

R.Məmmədov Qurbanı kütləvi qətliam kimi təqdim edənlərə də cavab verdi: “Kimi necə adlandırmasından asılı olmayaraq, bu Allahın əmridi və itaətdi. Bu, həzrəti İbrahimin sünnətidir. Bütün dinlərdə qurbanlıq var. Hər gün heyvanlar kəsilir. Qurbanı qətliam adlandıranlar nədən başqa vaxt heyvan kəsiminə etiraz bildirmirlər? Hər gün tökülən insan qanına nədən etiraz etmirlər?”.






4 Noyabr, 2011  18:16 Baxılıb: 1089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner